970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

“Nəzrin-E” şirkətinə məxsus bazarda yoxlama aparılıb, sahibi cərimələnib, məhdudlaşdırma tətbiq olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nəzrin-E” şirkətinə məxsus bazarda yoxlama aparılıb, sahibi cərimələnib, məhdudlaşdırma tətbiq olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən növbəti nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində, əhali arasında “8-ci km” bazarı kimi tanınan ərazidə fəaliyyət göstərən “Nəzrin-E” MMC-yə məxsus bazarda plandankənar yoxlama aparılıb.

Nəzarət tədbirləri zamanı süd və süd məhsullarının, müxtəlif növ turşuların və diri balıqların satış bölmələrində məhsulların açıq şəraitdə, tələb olunan soyuducu avadanlıqlar olmadan, temperatur rejiminə əməl edilmədən və baytarlıq-sanitariya ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib.

Eyni zamanda, bazarın daxilində diri quşların satışı və kəsiminin qanunsuz şəkildə həyata keçirdiyi məlum olub. Aşkarlanan faktlar heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə yanaşı, ərazidə ümumi sanitariya vəziyyəti üçün də ciddi risk yaradır.

Müəyyən edilmiş nöqsanlarla bağlı qida subyekti barəsində inzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qanunsuz fəaliyyət göstərən quş kəsimi yerinin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

plandankənar yoxlama 8-ci km bazarı Nəzrin-E MMC Qida Təhlükəsizliyi Agentliyi süd məhsulları təhlükəsizliyi soyuducu avadanlıq çatışmazlığı temperatur rejiminin pozulması baytarlıq-sanitariya ekspertizası diri balıq satışı qanunsuz quş kəsimi sanitariya pozuntuları heyvan mənşəli məhsullar inzibati protokol icrası məcburi göstəriş qanunsuz fəaliyyətin məhdudlaşdırılması qida təhlükəsizliyi yoxlaması Nizami rayonu bazar nəzarəti gigiyena tələbləri riskli məhsullar
25.11.2025 15:44
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18