Şirkətlər qrupunun törəməsinə Baş menecer təyin olunub
Nahid Nuriyevin 1 dekabr 2025-ci il tarixindən etibarən "GL Group"un afilə şirkəti "Taghiyev Operating Company"nin (TOC) Baş meneceri vəzifəsinə təyin olunub.
Marja "GL Group"a istinadən xəbər verir ki, Nahid Nuriyev hazırda TOC-də Baş menecerin əməliyyatlar üzrə müavini vəzifəsində fəaliyyət göstərir. Yeni vəzifəsində o, GL Group-un Azərbaycanda Əməliyyatlar üzrə Qrup Baş vitse-prezidenti Elman Seyidovun tabeliyində fəaliyyət göstərəcək.
O, istehsalat əməliyyatları üzrə geniş təcrübəyə və güclü liderlik bacarıqlarına malik, neft-qaz sənayesində 18 illik peşəkar fəaliyyət yolu olan əməliyyat rəhbəridir. Onun dərin texniki bilikləri, sahə təcrübəsi və əməliyyat mükəmməlliyinə olan prinsipial yanaşması indiyədək TOC-un fəaliyyətinin inkişafında mühüm rol oynayıb. Bu peşəkar keyfiyyətləri onun rəhbərliyi altında şirkətin inkişafını daha da sürətləndirəcək.
Nahid Nuriyev Azərbaycan Dövlət Neft Akademiyasında Neft Geologiyası üzrə bakalavr, Ukraynanın İvano-Frankivsk Neft və Qaz Milli Texniki Universitetində Neft və Təbii Qaz Mühəndisliyi, neft və qaz yataqlarının işlənməsi üzrə magistr dərəcəsi təhsili alıb. Əminik ki, onun rəhbərliyi altında TOC-un fəaliyyət göstəriciləri və əməliyyat etibarlılığı daha da möhkəmlənəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























