"PMD Projects" şirkəti "Big5 Global 2025" sərgisində iştirak edib - FOTOLAR
"PMD Projects" 24–27 Noyabr tarixlərində, "Dubai World Trade Center"də keçirilən "Big5 Global 2025" sərgisində uğurla iştirak edib.
Azərbaycan pavilyonu çərçivəsində şirkət kommersiya, sənaye, yaşayış və sosial layihələrindən ibarət geniş portfelini təqdim edərək innovativ həllərini, keyfiyyətə və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini nümayiş etdirib.
Sərgi zamanı "PMD Projects" ziyarətçilərlə, potensial tərəfdaşlarla və sahə mütəxəssisləri ilə birbaşa ünsiyyət quraraq davam edən və gələcək layihələri barədə məlumat verib. Şirkət həmçinin yeni əməkdaşlıq imkanlarını araşdıraraq beynəlxalq inşaat və inkişaf icması ilə əlaqələrini gücləndirib.
Şirkəti təmsil edən Layihə Müdiri, Zaur Hüseynov bildirib: "Big5 Global 2025 layihələrimizi, innovativ həllərimizi və dayanıqlı şəhər inkişafı vizyonumuzu nümayiş etdirmək üçün mükəmməl bir platforma oldu. Belə prestijli beynəlxalq tədbirdə Azərbaycanı təmsil etməkdən böyük qürur duyuruq və bu iştirak, şirkətimizin beynəlxalq arenada tanınmaq və fəaliyyətini dünya üzrə genişləndirmək istiqamətindəki əsas planlarının bir hissəsidir."
Dörd gün davam edən sərgi 100-dən çox ölkədən minlərlə ziyarətçini qəbul edib və aparıcı tikinti və inşaat şirkətlərini yeni texnologiyalar, tərəfdaşlıqlar və investisiya imkanlarını öyrənmək üçün bir araya gətirib. "PMD Projects"in "Big5 Global 2025"də iştirakı həm beynəlxalq əlaqələrini gücləndirib, həm də şirkətin qabaqcıl yanaşmaya malik və dünya səviyyəsində rəqabətqabiliyyətli bir tikinti şirkəti kimi mövqeyini daha da möhkəmləndirib.
"PMD Projects"2014-cü ildən "PMD Group"un törəmə şirkəti kimi fəaliyyət göstərən, keyfiyyətə, innovasiyaya və davamlılığa sadiqliyi ilə tanınan aparıcı tikinti və layihə idarəetmə şirkətidir. Şirkət yaşayış və ticarət binaları, otellər, kənd təsərrüfatı və sənaye obyektlərinin layihələndirilməsi və tikintisini həyata keçirir. Həmçinin müxtəlif regionlarda və beynəlxalq miqyasda yüksək keyfiyyətli təmir və texniki xidmətlər təqdim edir. PMD Projects haqqında daha ətraflı məlumat üçün: www.pmdprojects.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)








