Yeni strategiya öz bəhrəsini verir: AFB Bank-ın aktivləri 400 milyon manatı keçdi
Kredit portfeli isə 50% artaraq 283 milyon manat təşkil edib"AFB Bank son dövrlərdə maliyyə göstəricilərində əhəmiyyətli yüksəliş əldə edərək inkişaf tempini davam etdirir. Bankın aktivləri 1 dekabr tarixinə 400 milyon manatı ötüb, kredit portfeli isə 50% artaraq 283 milyon manat təşkil edib. Bu müsbət dinamika AFB Bank-ın səmərəli idarəetmə modeli, risklərin sağlam şəkildə idarə olunması və müştəri yönümlü strategiyasının uğurlu tətbiqinin nəticəsidir".
Marja xəbər verir ki, bu, Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, yeni strategiya çərçivəsində Bank biznes subyektlərinə xidmət spektrini genişləndirərək onların fəaliyyətini asanlaşdıran bir sıra yenilikləri istifadəyə verib. Sürətli Tender Qarantiyası xidməti sahibkarlara girovsuz şəkildə, cəmi 1 iş günü ərzində tenderdə iştirak üçün tələb olunan təminatı əldə etmək imkanı yaradır. Bununla yanaşı, tam yenilənmiş İnternet Bankçılığı platforması korporativ müştərilərə gündəlik əməliyyatları daha sürətli, funksional və təhlükəsiz şəkildə həyata keçirmək imkanı verir. Bu həllər biznes proseslərinin rəqəmsallaşdırılmasını və operativ qərarverməni daha da gücləndirir.
Strategiyanın tərkib hissəsi olaraq fərdi müştərilərin ehtiyacları da xüsusi diqqətə alınıb. Onlayn Kredit müştərilərə sadə müraciət prosesi, sürətli sənədləşdirmə və əlverişli ödəniş şərtləri təklif edir. Məhsulun daha çevik mexanizmlə təqdim olunması gündəlik maliyyə ehtiyaclarına uyğun həllərin əlçatanlığını artırıb və kredit portfelinin artımına müsbət təsir göstərib.
Bankın maliyyə sabitliyinə və dayanıqlılığına olan etibarın əsas göstəricilərindən biri də AFB Bank tərəfindən ilk dəfə buraxılan İstiqrazlara investor tələbatının yüksək olmasıdır. Buraxılışın qısa müddətdə tam yerləşdirilməsi bazarda bankın etibarlılığına olan inamı bir daha təsdiq edib. İnkişafda olan AFB Bank-ın istiqrazları təklif edilən gəlirlilik də nəzərə alınmaqla investorlar üçün cəlbedici investisiya alətinə çevrilmişdir.
Beynəlxalq səviyyədə də Bankın maliyyə sabitliyi təsdiq olunub. Fitch Ratings beynəlxalq reytinq agentliyi AFB Bank-a “B” uzunmüddətli emitent reytinqi (IDR) və “Stabil” proqnoz verib. Bu qiymətləndirmə Bankın güclü kapitallaşması, adekvat likvidlik ehtiyatları və stabil maliyyə performansı ilə əsaslandırılıb.
AFB Bank-ın İdarə Heyətinin sədri Amid Qənbərov bildirib:
“Bankın əldə etdiyi nəticələr təkcə satışa deyil, eyni zamanda innovasiyaya, risklərin idarə edilməsinə və ən əsası insan kapitalına qoyulan ardıcıl investisiyaların bəhrəsidir. Transformasiya Strategiyasının tərkib hissəsi olan bu yanaşma Bankı daha dayanıqlı, daha çevik və daha cəlbedici maliyyə institutu kimi möhkəmləndirir və AFB Bank bundan sonra da dayanıqlı inkişafı, innovativ həllərin tətbiqini və yüksək xidmət keyfiyyətini prioritet istiqamətlər kimi davam etdirəcək.
Qeyd edək ki, AFB Bank hazırda ölkə üzrə 11 xidmət nöqtəsində müştərilərinə xidmət göstərir. Bankın qəbul etdiyi Transformasiya Strategiyası müştəri yönümlü həllərin genişləndirilməsini, rəqəmsal xidmətlərin təkmilləşdirilməsini və bizneslər üçün daha əlverişli imkanların yaradılmasını hədəfləyir.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 13 saat sonra
-
30 d. əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 4 saat əvvəl
-
6 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
















