Bank “BTB” ASC “Öncə faiz!” əmanət kampaniyasına start verir!
(®) Bank “BTB” ASC 10 dekabr 2025-ci il tarixindən etibarən müştərilərinə sərfəli şərtlərlə “Öncə faiz!” adlı yeni əmanət kampaniyasını təqdim edir.
Kampaniyanın əsas üstünlüyü – müştərilərin Banka yerləşdirdikləri əmanətlərinə görə faiz gəlirlərini dərhal əldə etməsidir.
Yeni kampaniya çərçivəsində müştərilər manatla olan vəsaitlərini 6 aydan 24 ayadək müddətə yerləşdirə bilərlər.
Müddətə uyğun olaraq faiz dərəcələri aşağıdakı kimi müəyyən edilmişdir:
Əmanəti
6-12 ayadək yerləşdirdikdə, faiz gəlirlərini dərhal əldə etməklə 11%;
13-18 ayadək yerləşdirdikdə, faiz gəlirlərini dərhal əldə etməklə 10,5%;
19-24 ayadək yerləşdirdikdə, faiz gəlirlərini dərhal əldə etməklə 9 %, təşkil edəcək.
Əmanət yerləşdirilən tarixdə müddətə uyğun olaraq hesablanmış faiz məbləği əvvəlcədən ödənilir ki, bu da gəlirdən dərhal istifadə etmək imkanı yaradır və müştəriyə maliyyə planlamasında çeviklik qazandırır. Kampaniya 31 yanvar 2026-cı il tarixinədək qüvvədə olacaqdır.
Qeyd edək ki, Bank “BTB” ASC-ə yerləşdirilən əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq - 100.000 AZN məbləğində olan əmanətlər sığortalanır, bu da əmanətçinin vəsaitinin təhlükəsizliyinə zəmanət verir.
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli, 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Hal-hazırda bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 8 xidmət nöqtəsi ilə həm korporativ, həm də pərakəndə bankçılıq sahəsində müştərilərə geniş çeşidli məhsul və xidmətlər təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb) səhifələrinə, eləcə də 055 440 09 46 WhatsApp nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 20 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 42 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
















.jpg)






