“PAŞA Bank” POS-terminallarında "UnionPay" kartlarla ödəniş qəbulunu təqdim edir
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” müştəri təcrübəsini zənginləşdirmək və beynəlxalq ödəniş imkanlarını genişləndirmək məqsədilə POS-terminallarında "UnionPay" kartları ilə aparılan ödənişləri qəbul etməyə başlayıb.
Marja xəbər verir ki, bu yenilik “PAŞA Bank” və UnionPay International beynəlxalq ödəniş sistemi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bankın POS-terminalları üzərindən "UnionPay" kartları ilə bütün əməliyyatların fasiləsiz və təhlükəsiz icrası təmin edilir. Ödəniş sisteminə bu kartların daxil edilməsi ticarət müəssisələrinə daha geniş müştəri bazasına çıxış imkanı və xarici kart istifadəçiləri üçün rahatlıq yaradır.
Təşəbbüs “PAŞA Bank” üçün həm innovativ ödəniş həllərinin tətbiqi, həm də yerli bizneslərin beynəlxalq bazarlara inteqrasiyası baxımından mühüm addımdır.
Qeyd edək ki, “PAŞA Bank”ın POS-terminalları sahibkarlara rahatlıq və etibarlılıq qazandıran üstünlükləri ilə seçilir. QR kodla ödəniş və 18 ayadək taksit imkanı müştərilərin alış gücünü artıraraq satışları stimullaşdırır, terminallar isə sifariş zamanı ünvana pulsuz çatdırılaraq istifadəyə hazır şəkildə təqdim olunur.
POS-terminallarla bağlı ətraflı məlumat və sifariş üçün linkə keçid alın.
2007-ci ildən fəaliyyət göstərən “PAŞA Bank” korporativ müştərilərə, KOB-lara və sahibkarlara müxtəlif bank və investisiya xidmətləri təqdim edir. Azərbaycan bazarında kiçik və orta sahibkarlıq seqmentinin inkişafına verdiyi dəstəyə görə “PAŞA Bank” 2024-cü ildə nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Ən yaxşı KOS bankı” mükafatına layiq görülüb. Bundan əlavə, Bank 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” və “Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib, həmçinin “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatı qazanan ilk Azərbaycan bankı olub. Bundan başqa, “PAŞA Bank” bu il “Global Finance” nəşri tərəfindən təqdim edilən “World’s Best Private Banks 2025” mükafatlarının qaliblərindən biri olaraq tanınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
8 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)








