Amazon Web Services Azərbaycanda
Azercell qlobal texnologiya lideri ilə strateji tərəfdaşlığını genişləndirirAzercell dünyanın ən böyük bulud infrastrukturu və rəqəmsal texnologiyalar təminatçılarından biri olan Amazon Web Services (AWS) ilə strateji tərəfdaşlığını genişləndirir. Əməkdaşlığın yeni mərhələsində lider mobil operator ölkədə qabaqcıl infrastruktur həllərinin tətbiqini və texnoloji imkanların artırılmasını hədəfləyir.
Tərəfdaşlıq çərçivəsində korporativ müştərilər üçün xüsusi əhəmiyyət daşıyan hibrid bulud infrastrukturu, GPU texnologiyaları, Əşyaların İnterneti (IoT) üzrə analitika, süni intellekt, real vaxt rejimində interaktiv tətbiqlər (real-time gaming) və kənar hesablama (edge computing) kimi istiqamətlərin inkişafına xüsusi yer verilir. Bu həllərin lokal infrastrukturla inteqrasiyası xidmətlərin çevikliyini yüksəldərək, onların artan tələblərə asanlıqla uyğunlaşmasını təmin edir. Bununla bərabər sözügedən inteqrasiya məlumat suverenliyi (data sovereignty) prinsiplərinin tətbiqini daha etibarlı səviyyəyə yüksəldir.
AWS ilə əməkdaşlıq biznesin rəqəmsal transformasiyasını sürətləndirməklə yanaşı innovativ xidmətlərin tətbiqini genişləndirir və şirkətlərin texnoloji hazırlığını gücləndirir. Eyni zamanda, bu tərəfdaşlıq ölkədə startap ekosisteminin inkişafı və yüksək texnologiyalı layihələrin reallaşdırılması üçün əlverişli şərait yaradır.
Amazon Web Services ilə qurulan bu strateji əməkdaşlıq milli rəqəmsal infrastrukturun gücləndirilməsinə xidmət edir. Azercell bu kimi beynəlxalq təcrübə və innovativ həllər əsasında biznes sektoru üçün yeni imkanlar yaratmaqla yanaşı, ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına da töhfə verməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)




