970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Güc biznesdədir” devizi ilə təqdim olunan “Dayaq” mükafatına layiq görülüb.

Mükafat şirkətə “Əlillik məhdudiyyət deyil” nominasiyası üzrə təqdim olunub. “Araz” əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi sahəsində həyata keçirdiyi fəaliyyətə, eləcə də inklüzivliyi dəstəkləyən və bərabər imkanlara əsaslanan korporativ yanaşmanın tətbiqinə görə bu mükafata layiq görülüb.

“Dayaq” mükafatı 2025-ci ildə biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən və məşğulluğun təmin edilməsinə öz töhvəsini verən biznes subyektlərinə  təqdim edilib.

Qeyd edək ki, KOBİA tərəfindən 2022-ci ildə təsis edilmiş “Dayaq” mükafatının məqsədi iqtisadiyyatın dayağı olan sahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznes düşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasında əməkdaşlığın daha da möhkəmləndirilməsidir. Bu mükafat sahibkarların dayanıqlı inkişaf, innovativ yanaşma və sosial məsuliyyət sahəsində yaratdığı dəyəri cəmiyyətə tanıdır.

Araz supermarket Veysəloğlu Şirkətlər Qrupu Dayaq mükafatı 2025 KOBİA mükafatı Əlillik məhdudiyyət deyil nominasiyası inklüziv biznes Azərbaycan əlilliyi olan şəxslərin məşğulluğu korporativ sosial məsuliyyət Azərbaycan biznes mükafatları biznesdə inklüzivlik dövlət və özəl sektor əməkdaşlığı sahibkar uğurları Azərbaycan dayanıqlı biznes inkişafı innovativ biznes yanaşmaları ixracyönümlü məhsullar və xidmətlər Araz əlillərin məşğulluğu təşəbbüsü Kiçik və Orta Biznesin İnkişafı Agentliyi iqtisadiyyatın dayağı sahibkarlar sosial məsuliyyətli biznes təşəbbüsləri
19.12.2025 11:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18