Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb
Naxçıvanda müxtəlif təyinatlı yeni istehsal və xidmət sahələri yaradılır, yaxud mövcud olanların fəaliyyəti bərpa edilir və ya genişləndirilir. 2025-ci ilin yanvar-noyabr ayları ərzində muxtar respublikada dövlət dəstəyi və özəl investisiya qoyuluşu hesabına iqtisadi fəaliyyətin müxtəlif sahələrində 136 layihə üzrə istehsal və xidmət sahələri yaradılıb. Yekunlaşan layihələrdən 64-ü yeni sahələrin yaradılması, 72-si isə mövcud sahələrin genişləndirilməsi məqsədi daşıyıb.
Yekunlaşan sahələr üzrə 82 layihəyə Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 4 milyon 575 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.
Hazırda icrası davam edən 93 layihədən 38-i yeni müəssisələrin yaradılmasına, 55-i isə genişləndirməyə yönəlib.
Naxçıvanda verilən icazələrin sayı 70,9 faiz artıb
2025-ci ilin yanvar-noyabr ayları ərzində Naxçıvanda sahibkarlıq fəaliyyəti üzrə 39 lisenziya verilib.
Cari ilin 11 ayı ərzində verilmiş lisenziyaların 46,2 faizini əczaçılıq, 15,4 faizini baytarlıq, 10,3 faizini yükdaşıma, 10,2 faizini rabitə, 5,1 faizini tikinti və 12,8 faizini digər fəaliyyət növləri təşkil edib.
Həmçinin Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 8134 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 70,9 faiz artıb. İcazələrdən daxilolmaların məbləği isə ötən ilin müvafiq dövrünə nisbətən 34,9 faiz artaraq 193 min 848 manat olub.
Naxçıvan sahibkarlarının ixrac fəaliyyəti genişlənib
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar beynəlxalq bazarlarda fəal iştiraklarını davam etdiriblər. 2025-ci ilin yanvar-noyabr ayları ərzində sahibkarlar 7-si ölkədə, 8-i isə xaricdə olmaqla, ümumilikdə 15 tədbir və sərgidə iştirak ediblər.
Sahibkarlar kənd təsərrüfatı, qida sənayesi, tikinti materialları və digər sahələr üzrə istehsal etdikləri məhsulları “InterFood Azerbaijan”, “Rebuild Karabakh 2025”, “ISM Middle East 2025”, “Anuga 2025”, “Food Expo Qazaqstan 2025” və digər nüfuzlu sərgilərdə nümayiş etdiriblər.
2025-ci ilin yanvar–noyabr aylarında muxtar respublikadan ölkə xaricinə ixracın həcmi 12,8 milyon ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,6 faiz artım deməkdir.
2025-ci ilin yanvar-noyabr ayları ərzində tütün məhsulları, vafli və vafli məmulatları, sement, daş və daş məmulatları, elektrik enerjisi, mineral sular, günəbaxan tumu, şokolad və digər kakao məhsulları, aromatlaşdırılmış içkilər, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, energetik içkilər, üzüm, spirtli içkilər, meyvə şirələri, ərik qurusu və buğda kəpəyi Gürcüstan, Rusiya, İran, Yəmən, Türkiyə, Tacikistan, ABŞ, İraq, BƏƏ, Suriya, Çin, Qırğızıstan, Fələstin və Ukraynaya ixrac edilib.
Naxçıvanda sahibkarlara 449 mənşə sertifikatı verilib
2025-ci ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlara 449 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 114 ədəd və ya 34 faiz çox olub.
Hesabat dövründə "CT-1" formalı mənşə sertifikatı 343 ədəd, “Ümumi” formalı mənşə sertifikatı 98 ədəd və “A” forma mənşə sertifikatı 8 ədəd təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
6 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
7 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
7 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
7 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar









.jpg)






.jpg)

