Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Mərkəzi Bank "Statistik bülleten- Noyabr 2025" buraxılışını dərc edib.
Marja.az xəbər verir ki, bülletendə bildirilir.
Bank sektoru
30 noyabr 2025-ci il tarixinә fәaliyyәt göstәrәn 22 bankın filiallarının sayı 501, şöbәlәrinin sayı 85, ATM-lәrin sayı 3 min 462 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.4% vә ya 99 nәfәr artaraq 27 min 20 nәfәr tәşkil etmişdir. Ümumilikdә, 2025-ci ilin 11 ayında bank sektorunda çalışanların sayı 6.5% vә ya 1657 nәfәr artmışdır.
Fәaliyyәtdә olan bankların cәmi aktivlәri 58 milyard 748.5 milyon manat, cәmi öhdәliklәri 51 milyard 517.4 milyon manat, balans kapitalı 7 milyard 231.1 milyon manat olmuşdur. Noyabr ayında bankların cәmi aktivlәri 4.3%, cәmi öhdәliklәri 4.7%, balans kapitalı 1% artmışdır.
Hesabat ayında bankların kredit portfeli 1% vә ya 281.7 milyon manat artaraq 29 milyard ,685.5 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditlәri – 53.2% (15 milyard 804.8 milyon manat);
ıı) istehlak kreditlәri – 31.4% (9 milyard 318.8 milyon manat)
ııı) ipoteka kreditlәri – 15.4% (4 milyard 561.9 milyon manat).
Bankların öhdәliklәrinin strukturunda depozit portfeli üstünlük tәşkil edir – cәmi öhdәliklәrin 72.2%-i vә ya 37 milyard 202 milyon manat. Depozit portfelinin 57.4%-i (21 milyard 354.3 milyon manat) hüquqi şәxslәrin, 42.6%-i (15 milyard 847.7 milyon manat) fiziki şәxslәrin depozitlәrindәn (fәrdi sahibkarlıqla mәşğul olan fiziki şәxslәrin depozitlәri istisna olmaqla) ibarәtdir.
Fiziki şәxslәrin әmanәtlәrinin 67.5%-i (10 milyard 701.4 milyon manat) milli valyutada, 32.5%-i (5 milyard 146.3 milyon manat) xarici valyutadadır. Fiziki şәxslәrin әmanәt portfelinin 62.9%-i (9 milyard 963.9 milyon manat) müddәtli әmanәtlәrdәn ibarәtdir. Fiziki şәxslәrin müddәtli әmanәtlәri noyabr ayında 0.8% vә ya 80.3 milyon manat, tәlәbli әmanәtlәri isә 3.9% vә ya 218.4 milyon manat artmışdır.
2025-ci ilin noyabr ayında bank sektoru üzrә unikal müddәtli әmanәtçi sayı 2.7% (4 min 959 әmanәtçi), ilin әvvәlindәn isә 26.8% (40 min 409 әmanәtçi) artaraq 190.9 min nәfәri üstәlәmişdir.
Hüquqi şәxslәrin tәlәbli depozitlәri 16 milyard 43.9 milyon manat olmaqla, hüquqi şәxslәrin cәmi depozit portfelinin 75.1%-ni tәşkil etmişdir. Cari ilin noyabr ayında hüquqi şәxslәrin cәmi depozit portfeli 4.1% vә ya 840.4 milyard manat artaraq 21 milyard 54.3 milyon manat tәşkil etmişdir.
2025-ci ilin yanvar – noyabr aylarında banklar 1 milyard 58.9 milyon manat xalis mәnfәәt, 1 milyard 651.6 milyon manat mәblәğindә әmәliyyat mәnfәәti әldә etmişlәr. Cari ilin 11 ayında banklar tәrәfindәn ümumilikdә 265.5 milyon manat mәblәğindә mәnfәәt vergisi ödәnilmişdir (2024-cü ilin analoji dövrü ilә müqayisәdә 14.3% vә ya 33.2 milyon manat daha çox).
Monetar sektor
Cari ilin noyabr ayında manatla geniş mәnada pul kütlәsi (M2) ilin әvvәlinә nәzәrәn 2.6% artaraq 37 milyard 596.2 milyon manat tәşkil etmişdir.
Bank sektorunun xarici öhdәliklәri ilin әvvәlinә nәzәrәn 469 milyon manat artaraq 3 milyard 54.5 milyon manat tәşkil etmişdir. Xarici öhdәliklәrdәki qeyd olunan dәyişiklik әsasәn qeyri-rezident banklardan alınmış qısamüddәtli kreditlәrin hәcmindәki artım ilә әlaqәdardır.
Ödәnişlәr sektoru
Banklar vә “Azәrpoçt” MMC sistemlәri üzrә noyabr ayının sonunda dövriyyәdә olan ödәniş kartlarının sayı ötәn aya nәzәrәn 134 min әdәd artaraq 21 milyon 835 min әdәd tәşkil etmişdir. Keçәn ilin müvafiq dövrü ilә müqayisәdә bu göstәrici 12.2 % artmışdır. Ödәniş kartlarında debet kartlarının sayı 14.7% artmış, kredit kartlarının sayı isә 6.7% azalmışdır.
Ödәniş kartlarının artması nağdsız ödәnişlәrin hәcminә müsbәt tәsir göstәrmişdir. Belә ki, noyabr ayı әrzindә ölkәdaxili nağdsız әmәliyyatların hәcmi keçәn ilin müvafiq dövrü ilә müqayisәdә 14.4% artmışdır. 2025-ci ilin noyabr ayı әrzindә kartlar vasitәsilә hәyata keçirilәn ölkәdaxili nağdsız ödәnişlәrin hәcmi 7 milyard 940 milyon manat tәşkil etmişdir. Hәyata keçirilәn nağdsız ödәnişlәrin 6 milyard 948 milyon manatı elektron ticarәtin payına düşür. Qalan mәblәğin 990 milyon manatı POS-terminallar, 2 milyon manatı isә özünә xidmәt terminalları vә bankomatlar vasitәsilә gerçәklәşdirilmişdir. İlin әvvәlindәn ödәniş kartları ilә nağdsız ölkәdaxili әmәliyyatların hәcmi ölkәdaxili kart әmәliyyatlarının 67.5%-ni tәşkil etmişdir.
Banklar vә “Azәrpoçt” MMC ödәniş xidmәti şәbәkәlәri üzrә dinamik artım müşahidә olunur. Belә ki, keçәn ilin noyabr ayının sonu ilә müqayisәdә bankomatların sayı 8.5%, POS-terminalların sayı 57.1% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)







