Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
Bankların öhdәliklәrinin strukturunda depozit portfeli üstünlük tәşkil edir – cәmi öhdәliklәrin 72.2%-i vә ya 37 milyard 202 milyon manat. Depozit portfelinin 57.4%-i (21 milyard 354.3 milyon manat) hüquqi şәxslәrin, 42.6%-i (15 milyard 847.7 milyon manat) fiziki şәxslәrin depozitlәrindәn (fәrdi sahibkarlıqla mәşğul olan fiziki şәxslәrin depozitlәri istisna olmaqla) ibarәtdir.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın dərc etdiyi "Statistik bülleten- Noyabr 2025" buraxılışında bildirilir.
Fiziki şәxslәrin әmanәtlәrinin 67.5%-i (10 milyard 701.4 milyon manat) milli valyutada, 32.5%-i (5 milyard 146.3 milyon manat) xarici valyutadadır.
Fiziki şәxslәrin әmanәt portfelinin 62.9%-i (9 milyard 963.9 milyon manat) müddәtli әmanәtlәrdәn ibarәtdir. Fiziki şәxslәrin müddәtli әmanәtlәri noyabr ayında 0.8% vә ya 80.3 milyon manat, tәlәbli әmanәtlәri isә 3.9% vә ya 218.4 milyon manat artmışdır.
2025-ci ilin noyabr ayında bank sektoru üzrә unikal müddәtli әmanәtçi sayı 2.7% (4 min 959 әmanәtçi), ilin әvvәlindәn isә 26.8% (40 min 409 әmanәtçi) artaraq 190.9 min nәfәri üstәlәmişdir.
Hüquqi şәxslәrin tәlәbli depozitlәri 16 milyard 43.9 milyon manat olmaqla, hüquqi şәxslәrin cәmi depozit portfelinin 75.1%-ni tәşkil etmişdir. Cari ilin noyabr ayında hüquqi şәxslәrin cәmi depozit portfeli 4.1% vә ya 840.4 milyard manat artaraq 21 milyard 54.3 milyon manat tәşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





