“Azərlotereya”da yeni təyinat
Şirkətin Marketinq üzrə yeni baş rəhbəri Nuranə Teymurova təyin edilib“Azərlotereya” ASC-də kadr dəyişikliyi olub.
Marja xəbər verir ki, Şirkətin Marketinq üzrə yeni baş rəhbəri Nuranə Teymurova təyin edilib.
O, bundan öncə PAŞA Sığorta şirkətində Rəqəmsal və pərakəndə biznes blokunun rəhbəri vəzifəsində çalışıb. Nuranə Teymurova 2015-2020-ci illər PAŞA Sığorta şirkətinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri, eləcə də Dövlət Neft Fondu və “Azercell Telekom” MMC-də müxtəlif vəzifələr üzrə fəaliyyət göstərib.
Kadr siyasətində peşəkar kollektivin formalaşdırılmasına önəm verən “Azərlotereya” Türkiyə şirkətinə idarəetməyə verildikdən sonra əməkdaşlarının sayı 4 dəfədən çox artırılaraq 49-dan 225-ə qaldırılıb.
Beynəlxalq standartlarla ayaqlaşan fəaliyyət sferasında “Azərlotereya” yerli əməkdaşlarla yanaşı xarici mütəxəssisləri də işə cəlb edir. Ölkənin qeyri-neft sektorunda əhəmiyyətli iştirakçıya çevrilmiş “Azərlotereya”da rəqabətli insan kapitalının formalaşdırılması əsas məqsədlərdən biridir.
“Azərlotereya” üzvü olduğu Avropa Lotereyaları Assosiasiyası (EL), Dünya Lotereyaları Assosiasiyası (WLA), həmçinin “Scientific Games”, “Demirören Holding” və digər xarici partnyorların təqdim etdiyi seminarlarda öz işçilərinin iştirakını təşviq edərək kritik biznes tərəfdaşlarının müasir beynəlxalq standartlara bələd olması üçün mütəmadi olaraq məlumatlar bölüşərək təlimlər həyata keçirir.
“Azərlotereya”da işçilər peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların inkişafının artırılması məqsədilə münbit şərait və rəqabətə davamlı əmək haqqı ilə təmin olunurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























