Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 203 faiz artıb

ASCO gəmiləri ilə yükdaşımaların həcmi 5 faizdən çox artıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 203 faiz artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmiləri ilə 2025-ci il ərzində 9 milyon 85 min 935 ton yük daşınıb.

ASCO-nun yaydığı məlumatda bildirilri ki, bu da 2024-cü illə müqayisədə 5,38 faiz artım deməkdir.

Ən yüksək artım quru yük gəmiləri ilə daşımalarda qeydə alınıb. Ötən il ərzində bu tip gəmilərlə 1,324,999 ton yük daşınıb. Bu, 2024-cü ilin eyni göstəriciləri ilə müqayisədə 45 faizdən çoxdur.

Ötən il tankerlərlə daşınan yükün həcmində də artım müşahidə olunub. Belə ki, 2024-cü ildə 4 milyon 216 min 243 ton yük daşındığı halda, 2025-ci ildə bu göstərici 4 milyon 310 min 46 tona çatıb. Beləliklə, bu seqment üzrə daşımalarda 2 faizdən çox artım qeydə alınıb.

Statistikaya əsasən, 2024-cü ildə bərə gəmiləri ilə 76 min 757 ədəd təkərli texnikanın (vaqon, TIR və avtotexnika ) daşınması həyata keçirilib. 2025-ci ildə də təxminən eyni səviyyədə, yəni 77 min 71 ədəd vaqon, TIR  və avtotexnika daşınıb.

Bundan başqa, ötən il ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 22 min 30 TEU olub. Bu isə 2024-cü illə müqayisədə 203 faiz artım deməkdir.

 

 

ASCO gəmiləri AZCON Holding ASCO yük daşımaları 2025 yük statistika quru yük gəmiləri tankerlərlə yük daşımaları bərə gəmiləri təkərli texnika daşımaları vaqon daşımaları TIR daşımaları avtotexnika daşımaları konteyner daşımaları TEU konteyner statistikası yük daşımalarında artım 2024–2025 daşımaları müqayisəsi quru yük daşımaları artımı konteyner daşımaları 203% artım tankerlərlə yük artımı ASCO logistikası Azərbaycan daşımaları AZCON Holding nəqliyyat liman və gəmilər beynəlxalq daşımalar yük daşıma seqmentləri nəqliyyat şirkətləri Azərbaycan ASCO transport xidmətləri 2025 yük daşımaları rekordları.
08.01.2026 13:02

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18