FED sədri “cinayət ittihamı aktı” ilə hədələndiyini açıqladı - “Bunlar bəhanədir”
Cerom Paul: “Cinayət ittihamı aktı təhlükəsi Fed-in faiz dərəcələrini Prezidentin istədiyinə uyğun deyil, xalqın maraqlarına ən yaxşı şəkildə xidmət etdiyinə inandığımız qiymətləndirməyə əsaslanaraq müəyyən etməsinin nəticəsidir".ABŞ Mərkəzi Bankının (FED) sədri Cerom Pauell ABŞ Ədliyyə Nazirliyinin Fed binalarının yenilənməsi ilə bağlı ona qarşı cinayət ittihamı aktı ilə hədələdiyini açıqlayıb.
Marja.az-ın məlumatına görə, ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauell bildirib ki, ABŞ Ədliyyə Nazirliyi FED binalarının yenilənməsi ilə əlaqədar ona qarşı cinayət ittihamı aktı təhlükəsi yaradıb.
Pauell açıqlamasında qeyd edib ki, Ədliyyə Nazirliyi cümə günü FED-ə böyük münsiflər heyətinin çağırış vərəqəsini təqdim edib.
O bildirib ki, bu çağırış vərəqəsi ötən ilin iyun ayında Senatın Bankçılıq Komitəsində verdiyi ifadə ilə bağlı cinayət ittihamı aktı təhlükəsini ehtiva edir. Pauell xatırladıb ki, sözügedən ifadəsi qismən tarixi FED ofis binalarının yenilənməsini əhatə edən çoxillik layihə ilə bağlı olub.
Pauell demokratiyada hüququn aliliyinə və hesabatlılığa dərin hörmət bəslədiyini vurğulayaraq deyib:
“Heç kim, FED sədri də daxil olmaqla, qanunlardan üstün deyil. Lakin bu misli görünməmiş addım administrasiyanın hədələri və davam edən təzyiqləri kontekstində daha geniş çərçivədə qiymətləndirilməlidir.”
“Bunlar bəhanədir”
Bu yeni hədənin verdiyi ifadə və ya FED binalarının yenilənməsi ilə heç bir əlaqəsinin olmadığını iddia edən Pauell bildirib ki, Fed ictimai açıqlamalar vasitəsilə Konqresi yenilənmə layihəsi barədə məlumatlandırmaq üçün bütün səylərini göstərib və bunların sadəcə “bəhanə” olduğunu qeyd edib.
Cinayət ittihamı təhlükəsinin əsl səbəbinin Fed-in pul siyasəti qərarları olduğunu irəli sürən Pauell sözlərinə belə davam edib:
“Cinayət ittihamı aktı təhlükəsi Fed-in faiz dərəcələrini Prezidentin istədiyinə uyğun deyil, xalqın maraqlarına ən yaxşı şəkildə xidmət etdiyinə inandığımız qiymətləndirməyə əsaslanaraq müəyyən etməsinin nəticəsidir. Burada məsələ FED-in faiz dərəcələrini sübutlara və iqtisadi şərtlərə əsaslanaraq müəyyən etməyə davam edib-etməyəcəyi, yoxsa pul siyasətinin siyasi təzyiq və ya qorxutma yolu ilə yönləndirilib-yönləndirilməyəcəyidir.”
“Vəzifəmi icra etməyə davam edəcəyəm”
Həm Respublikaçıların, həm də Demokratların hakimiyyəti dövrü də daxil olmaqla dörd fərqli administrasiya altında çalışdığını xatırladan Pauell deyib:
“Hər bir halda, vəzifələrimi siyasi təzyiqdən və ya himayədarlıqdan uzaq şəkildə, yalnız qiymət sabitliyi və maksimum məşğulluğun təmin edilməsi mandatımıza fokuslanaraq icra etmişəm. Dövlət qulluğu bəzən hədələr qarşısında qətiyyətli mövqe tutmağı tələb edir. Senatın təsdiqlədiyi bu vəzifəni dürüstlük və Amerika xalqına xidmət öhdəliyi ilə icra etməyə davam edəcəyəm.”
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
6 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
7 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 8 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır












.jpg)


.jpg)









