Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 3, 10 və 17 fevral tarixlərində hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi və 286 nəqliyyat vasitəsi çıxarılıb.

Reklam_3_11

Fevralın 3-də keçiriləcək hərraca 81 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1971-2022-ci illəri əhatə edir.

Fevralın 10-da keçiriləcək hərraca 11 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2005-2014-cu illəri əhatə edir.

Fevralın 17-də keçiriləcək hərraca 5 səhmdar cəmiyyətinin səhm paketi və 194 nəqliyyat vasitəsi çıxarılıb.İştirak edəcək şəxslər xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Gəncə Quşçuluq”, “Ləki Sinklənmiş qablar”, “Xəzər Avtonəqliyyat”, “Xaçmaz Mexanizasiya Nəqliyyat” və “İsmayıllı Sənaye İstehsal” açıq səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 123.056 manatla 1.223.095 manat arasında dəyişir.

Avtomobillərin buraxılış tarixləri 1976-2019-cu illəri əhatə edir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

 

İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti hərrac fevral səhmdar cəmiyyəti səhm paketi özəlləşdirmə nəqliyyat vasitələri avtomobil satış dövlət əmlakı auksion buraxılış tarixləri sənaye xidmət yeyinti Gəncə Quşçuluq Ləki Sinklənmiş qablar Xəzər Avtonəqliyyat Xaçmaz Mexanizasiya İsmayıllı istehsal nizamnamə kapital investor iştirak onlayn seçim emlak.gov.az auksion.gov.az
17.01.2026 10:50

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18