Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp Kubaya neft satan və ya tədarük edən ölkələrdən idxal olunan mallara gömrük rüsumu tətbiqinə imkan verən bir sərəncam imzalayıb. Sərəncam ABŞ üçün milli fövqəladə vəziyyət də elan edir. 

Ağ Evdən verilən açıqlamada, Trampın Kuba hökumətinin ABŞ-yə yönəlmiş təhdidlərini nəzərdən keçirdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, sərəncama əsasən ABŞ tərəfindən, Kubaya birbaşa və ya dolayı yolla neft tədarük edən ölkələrdən həyata keçirilən idxala əlavə gömrük rüsumu tətbiq ediləcək.

Açıqlamada, xarici işlər və ticarət nazirlərinə tarif sistemini və müvafiq tədbirləri tətbiq etmək üçün qaydalar və normativ aktlar dərc etmək də daxil olmaqla, zəruri olan bütün tədbirləri görmək səlahiyyətinin verildiyi bildirilib və ABŞ-nin milli təhlükəsizliyinin və xarici siyasətinin “Kuba rejiminin bədniyyətli hərəkət və siyasətlərindən” qorunmasının hədəfləndiyi vurğulanıb.

Açıqlamada həmçinin qeyd edilib ki, Kuba və ya təsirə məruz qalan ölkələr təhlükəni aradan qaldırmaq və ya ABŞ-nin milli təhlükəsizlik və xarici siyasət hədəfləri ilə uyğunlaşmaq üçün mühüm addımlar atacağı təqdirdə Prezident sərəncamda dəyişiklik edə bilər.

30.01.2026 08:31

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18