Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

31 yanvar 2026-cı il tarixində TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi təşkil olunub. Tədbirin məqsədi Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi, iş dünyasının aktual məsələlərinin müzakirəsi və yeni tərəfdaşlıqların qurulması olub.

İşgüzar səhər yeməyində Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, TÜİB üzvləri və  işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.

Toplantıda çıxış edən səfir Birol Akgün Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığın iqtisadi sahədə də uğurla davam etdiyini qeyd edərək, işgüzar dairələr arasında əlaqələrin genişlənməsinin qarşılıqlı investisiya mühitinə müsbət təsir göstərdiyini vurğulayıb. Səfir, türk və azərbaycanlı iş adamlarının üçüncü ölkələrdə birgə fəaliyyətinin əhəmiyyətinə toxunaraq, xüsusilə Türk dünyasında geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə çıxışında Azərbaycanda sahibkarlığın inkişafına yönəlmiş dövlət dəstək mexanizmləri, yerli və xarici investorlar üçün mövcud imkanlar, eləcə də agentliyin biznes ictimaiyyəti ilə əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verib.

TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat çıxışında Türkiyə–Azərbaycan iqtisadi əlaqələrinin inkişaf perspektivlərinə toxunaraq, Birliyin iş adamları arasında əməkdaşlığın gücləndirilməsi, yeni biznes imkanlarının yaradılması və iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirdiyini qeyd edib.

Tədbir çərçivəsində II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun keçirilməsində dəstək göstərən şirkətlərə təşəkkür plaketləri təqdim olunub.

İşgüzar səhər yeməyinin mühüm hissələrindən biri kimi TÜİB ilə qurumun üzvü olan Business Service Centre (BSC) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun imzalanmasından sonra Business Service Centre tərəfindən “Vergilərdə dəyişikliklər” mövzusunda qısa təqdimat keçirilib. Təqdimatda vergi qanunvericiliyində baş verən son dəyişikliklər və onların sahibkarlıq fəaliyyətinə təsiri barədə ətraflı məlumat verilib.

Tədbir networking və sərbəst ünsiyyət formatında davam edib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb və yeni əməkdaşlıq imkanları müzakirə olunub.

31.01.2026 17:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18