“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
"Cahan Sənaye Kompleksi" MMC Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının inkişafına töhfə verir.
Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqına daxil olan müəssisələrin layihələrinin maliyyələşdirilməsi üçün ümumilikdə 16,5 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.
“Cahan Holding”in qurucusu, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirib ki, ayrılmış kredit vəsaitləri sənaye, tikinti və istehsal sahələrini əhatə edən layihələrin icrasına yönəldilib. Bu vəsaitlər hesabına 310 iş yeri yaradılıb. Ölkə başçısının sahibkarlığa qayğısı ilə vergi, gömrük və sosial sığorta güzəştlərinin qüvvəyə minməsi, həmçinin göstərilən dəstək nəticəsində 2026-cı il ərzində daha 340-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 yanvar 2026-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasında vergi, gömrük və sosial sığorta güzəştlərinin qüvvəyə minməsi isə bu dəstək mexanizmlərinin ən mühüm tərkib hissələrindən biridir. Bura mənfəət (gəlir), əmlak, torpaq, ƏDV (sənaye və texnologiya parklarının, sənaye məhəllələrinin rezidentləri və investisiya təşviqi sənədi alan şəxslərin idxal əməliyyatlarına münasibətdə) və sadələşdirilmiş vergi üzrə güzəştlər daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 9 d. əvvəl
- 20 d. əvvəl
- 30 d. əvvəl
- 37 d. əvvəl
-
1 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Təkliflərin dəli-dolusu Baku Electronics-də başlayır!
Gümüşün qiyməti 17%-ə yaxın ucuzlaşıb
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib























