"Trendyol’’un məhdud sayda hazırladığı yeni Olimpiya geyim kolleksiyası satışda
Trendyol Milan-Kortina 2026 üçün hazırladığı Olimpiya geyim kolleksiyasını satışa çıxarıbTrendyol tərəfindən dizayn edilən və istehsal olunan yeni geyim kolleksiyası Milan‑Kortina 2026 Qış Olimpiya Oyunları ərəfəsində satışa çıxarılıb.
Beynəlxalq Olimpiya Komitəsinin lisenziyası əsasında hazırlanan “Olimpiya Kolleksiyası” dünyanın müxtəlif ölkələrində yaşayan istehlakçılar üçün nəzərdə tutulub və aktuallığını heç vaxt itirməyəcək kolleksiya kimi yaradılıb.
“Trendyol”un məhdud sayda təqdim etdiyi Olimpiya Kolleksiyası özündə müasir dizaynlı geyim elementlərini və Olimpiya ruhundan ilhamlanan ikonik detalları birləşdirir. Kolleksiyaya "zip-up" gödəkçələri və kapüşonlu sviterlər, qadın və kişi idman şalvarları, taytlar, suya davamlı gödəkçələr və balaklavalar daxildir.
Rahatlıq və funksionallığa xüsusi diqqət yetirilərək dizayn edilən geyimlər gündəlik istifadəyə uyğundur. Məhsullar Türkiyənin yerli istehsalçıları ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və “Trendyol”un beynəlxalq bazarlar üçün nəzərdə tutulmuş kolleksiyalar yaratmaq sahəsindəki təcrübəsini əks etdirir. Kolleksiya Trendyol platformasında satışa çıxarılmaqla yanaşı, 2026-cı ildə Milan şəhərində açılan rəsmi olimpiya mağazalarında və İsveçrənin Lozanna şəhərindəki Olimpiya Muzeyində də təqdim olunacaq.
“İdman dünyasının ən nüfuzlu təşkilatlarından biri olan Beynəlxalq Olimpiya Komitəsi ilə iki ildir davam edən əməkdaşlığımız, “Trendyol”un yerli istehsalçılar və beynəlxalq bazarlar arasında əlaqə yaratmaq missiyasında mühüm rol oynayır. Trendyol tərəfindən dizayn edilərək istehsal olunan Olimpiya Kolleksiyasının “Milan-Kortina 2026 Qış Olimpiya Oyunları” ərəfəsində beynəlxalq platformalarımız vasitəsilə istifadəçilərin ixtiyarına verilməsindən çox məmnunuq”, - deyə ‘’Trendyol’’un beynəlxalq genişlənmə üzrə rəhbəri İrem Çağrı Yılandil bildirib.
Beynəlxalq onlayn ticarət platforması olan Trendyol Paris 2024 Yay Olimpiya Oyunlarından etibarən Beynəlxalq Olimpiya Komitəsinin rəsmi tərəfdaşıdır. Şirkət Paris 2024 Olimpiya Oyunlarında da idmansevərlərə öz Olimpiya Kolleksiyasını təqdim edib.
BOK-un Qlobal Lisenziyalaşdırma Proqramı haqqında
Beynəlxalq Olimpiya Komitəsi ilə Trendyol arasında imzalanmış lisenziya müqaviləsi, BOK-un Qlobal Lisenziyalaşdırma Strategiyasının tərkib hissəsidir. Bu strategiyanın əsas məqsədi azarkeşləri təkcə Olimpiya Oyunları dövründə deyil, oyunlararası dövrlərdə də Olimpiya brendini tanıdan rəsmi məhsullar vasitəsilə bir araya gətirməkdir.
Olimpiya Kolleksiyası gənc və aktiv auditoriyanı geyim, oyuncaqlar, çantalar, dəftərxana və idman avadanlıqları kimi brend məhsullarla cəlb etməyi hədəfləyir. Bundan əlavə, Beynəlxalq Olimpiya Komitəsinin lisenziyalaşdırma proqramına baş tutacaq bütün Olimpiya və Paralimpiya Oyunları kolleksiyaları, həmçinin keçmiş oyunlardan ilhamlanan Olimpiya İrs Kolleksiyası daxildir. Bu kolleksiyalarda aksessuarlar, suvenirlər, fan geyimləri və geyim məhsulları təqdim olunur. Olimpiya lisenziyalaşdırma proqramları rəsmi lisenziyalı məhsullar, kolleksiya əşyaları və suvenirlərin satışı vasitəsilə azarkeşlərə Olimpiya Oyunları və dəyərləri ilə əlaqə yaratmaq imkanı verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 10 saat sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
3 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
4 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
4 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
4 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
4 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






.jpg)
.jpg)







.jpg)






