Dollar bazar ertəsi ucuzlaşıb
ABŞ dolları ölkənin Ali məhkəməsinin qərarının ABŞ-ın tarif siyasətini sarsıtması fonunda ucuzlaşıb.
Marja xəbər verir ki, treyderlər ABŞ Ali Məhkəməsinin Prezident Donald Trampın bir sıra tariflərini ləğv etməsini qlobal iqtisadi artım üçün müsbət qiymətləndirsələr də, qarışıqlıq və İranla mümkün münaqişə riski ehtiyatlı olmağı tələb edir.
Avro 0,4% bahalaşaraq 1,1829 dollara (Bakı vaxtı ilə saat 10:30-a olan məlumat), funt sterlinq isə 0,3% yüksələrək 1,3516 dollara çatıb. Yaponiyada bayram və Çində Yeni ili tətili səbəbilə ticarət nisbətən zəif olub. Dollar yen qarşısında 0,4% ucuzlaşaraq 154,40 səviyyəsinə enib.
Ali Məhkəmə cümə günü Trampın genişmiqyaslı tariflərinin səlahiyyətlərini aşdığı qənaətinə gəlib. Tramp buna cavab olaraq məhkəməni sərt tənqid edib və idxala 15%-lik ümumi rüsum tətbiq edib, eyni zamanda ticarət tərəfdaşları ilə daha yüksək tarifli razılaşmaların qüvvədə qalmalı olduğunu bildirib.
Bir sıra analitklər bildirir ki, bu qərar ABŞ-dan kənar iqtisadi artıma potensial fayda verdiyi üçün müəyyən mənada dolları zəiflədir.
Uzunmüddətli valyuta təsirləri isə qalır: ABŞ gəlirlərinə mümkün zərbə fiskal mövqe və dollar üçün mənfi ola bilər, lakin Trampın səlahiyyətlərinə kənar nəzarətin güclənməsi siyasət dəyişkənliyinin məhdudlaşdırılması baxımından müsbət amil sayıla bilər.
Yeni Zelandiya dolları cüzi bahalaşaraq 0,60 dollara yaxınlaşıb, Avstraliya dolları isə ABŞ-ın əvvəllər Avstraliya mallarına yalnız 10% tarif tətbiq etməsi fonunda bir qədər geriləyərək 0,7070 dollara düşüb.
Təhlükəsiz liman hesab olunan İsveçrə frankı isə 0,5% bahalaşaraq bir dollar üçün 0,7727 franka yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 7 d. əvvəl
-
-
19 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
59 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Nazirə yeni müşavir təyin edilib
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Ən çox oxunanlar
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb























