İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İranın yüksək rütbəli təhlükəsizlik rəsmisi Əli Laricani ABŞ-İsrail hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Əli Xameneinin ölümündən sonra Tehranın ABŞ-la danışıqlar aparmayacağını bildirib. Beləliklə, İran mövqeyini sərtləşdirib.
Marja.az xəbər verir ki, Laricani bazar ertəsi günü "X"də paylaşdığı bir məlumatda rəsmi Tehranın həftəsonu hücumlarından sonra vasitəçilər vasitəsilə dialoq axtardığı barədə mediada yayılan məlumatları təkzib edərək, "Biz ABŞ ilə danışıqlar aparmayacağıq" deyib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Laricani ABŞ prezidenti Donald Trampı regionu xaosa salmaqda və diplomatiya ilə bağlı "yalançı ümidlər" yaymaqda günahlandırıb.
Onun şərhləri regionda döyüşlərin şiddətləndiyi bir vaxtda səslənib.
Qeyd edək ki, "Wall Street Journal" qəzeti Vaşinqtonla danışıqları yenidən başlatmaq üçün rəsmi Tehranın Oman sultanlığı vasitəsilə təşəbbüs göstərdiyi barədə xəbər yayıb. Həmçinin ABŞ Prezidenti Donald Tramp İranın yeni rəhbərliyinin onunla görüşərək danışıqlar aparmaq istədiyini və bu tələbi qəbul etdiyini açıqlayıb.
Tramp, “Görüşüb danışıq aparmaq istəyirlər və mən də qəbul etdim. Bunu daha əvvəl etməli idilər. Edilməsi çox praktik və asan olan şeyi daha əvvəl təqdim etməli idilər. Çox gec qaldılar” ifadələrini işlədib.
O, digər paylaşımında ABŞ Prezidenti Donald Trump-ın İranla bağlı açıqlamalarına reaksiya verib.
Trampın bölgəni boş xəyallarla xaosa sürüklədiyini vurğulayan Laricani, “İndi Amerika əsgərlərinin daha çox itkisi barədə narahatdır. Öz illüziyaları ilə yaratdığı ‘Əvvəl Amerika’ şüarını ‘Əvvəl İsrail’ə çevirib və Amerika əsgərlərini İsrailin güc hərisliyi uğruna qurban verir” deyib.
ABŞ və İsrail şənbə günü Tehrana yeni hücumlar dalğası başladıb, İran və müttəfiq qruplar isə İsrailə və Yaxın Şərqdəki ABŞ-la əlaqəli hədəflərə raket atəşi açıb.
Tramp gecə ərzində ABŞ və İsrail hərbi əməliyyatlarının davam edəcəyini və bir neçə həftə davam edə biləcəyini bildirib və İran rəhbərliyini və təhlükəsizlik qüvvələrini təslim olmaqla bağlı xəbərdarlıq edib, əks halda yeni zərbələrlə üzləşəcəklərini bildirib.
Ölkənin ali rəhbəri Əli Xameneinin öldürülməsindən sonra, İran hücumların "təhlükəli qırmızı xətti" keçdiyini və cavab verməkdən başqa çarələrinin olmadığını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























