“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalı ilə zəfəran məhsulları istehsalçısı “Absheron Saffron” şirkəti arasında işgüzar görüş keçirilib.
Görüşün əsas məqsədi ölkəmizdə istehsal olunan zəfəran və ondan əldə edilən müxtəlif təyinatlı məhsulların Amerika Birləşmiş Ştatları, Avropa və Ərəb ölkələrinin bazarlarına çıxarılması istiqamətində birgə əməkdaşlığın qurulmasıdır.
Görüş zamanı “Made in Azerbaijan” brendinin dünyada tanıdılması istiqamətində atılan addımlar çərçivəsində Abşeron zəfəranının unikal keyfiyyət göstəriciləri ətrafında müzakirələr aparılıb. Bildirilib ki, dəniz iqlimi və yodla zəngin münbit torpaqlarda yetişdirilən Abşeron zəfəranı qlobal bazarlarda ən yüksək premium seqmentdə rəqabət aparmaq potensialına malikdir.
Əməkdaşlıq çərçivəsində “Absheron Saffron” şirkətinin istehsal etdiyi xam zəfəranla yanaşı, zəfəranlı bal, müxtəlif çeşiddə meyvə və gül mürəbbələri, kosmetik vasitələr (krem, sabun, gül vannası və s.) və digər məhsulların ixrac coğrafiyasının “Azexport” portalının imkanları vasitəsilə genişləndirilməsi nəzərdə tutulur. Görüşdə məhsulların hədəf bazarların tələblərinə uyğunlaşdırılması, qlobal e-ticarət platformalarında beynəlxalq satışının təşkili və logistika zəncirinin qurulması üzrə ortaq fəaliyyətə dair razılıq əldə olunub.
Qeyd edək ki, sahibkarlar “Azexport” portalında qeydiyyatdan keçərək bütün xidmətlərdən ödənişsiz faydalana bilərlər. Portaldan istifadəyə və həyata keçirilən satışlara görə heç bir komissiya nəzərdə tutulmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























