Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft bazarına tarixi müdaxilə planı - QİYMƏTLƏR DÜŞDÜ

İndiyədək ən böyük neft ehtiyatları bazara çıxarılacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft bazarına tarixi müdaxilə planı - QİYMƏTLƏR DÜŞDÜ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal enerji təchizatının təhlükəsizliyini təmin etmək vəzifəsi daşıyan Beynəlxalq Enerji Agentliyi (International Energy Agency - IEA), Orta Şərqdəki münaqişələrin bir neçə gün öncə neft qiymətlərini 100 dolların üzərinə qaldırması ilə əlaqədar olaraq “ən güclü” kartını masaya qoyur.

Marja.az xəbər verir ki, "Wall Street Journal"ın (WSJ) mövzuya yaxın səlahiyyətlilərə istinadən verdiyi xəbərə görə, IEA tarixinin ən böyük rezerv sərbəst buraxma əməliyyatını (neft ehtiyatlarının sərbəst buraxılması və ya neft ehtiyalarının bazara çıxarılması) planlaşdırır.

Reklam_3_11

Bu addımın miqyası bazarlara göndərilən mesajın ciddiliyini də ortaya qoyur. WSJ xəbərində diqqət çəkilən əsas məqamlar bunlardır:

Təklif olunan həcm, IEA üzv ölkələrinin 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibə zamanı bazara buraxdığı 182 milyon barelik rekord səviyyəni də aşacaq.

Plan, ABŞ-İsrail-İran xəttindəki müharibənin yaratdığı təchizat narahatlıqlarını aradan qaldırmaq və qlobal inflyasiya təzyiqlərini yüngülləşdirmək məqsədini daşıyır.

Hörmüz boğazındakı tıxanma və Səudiyyə Ərəbistanı və İraq kimi iri istehsalçıların məcburi olaraq hasilatı azaltmağa getdiyi bir mühitdə, IEA-nın bu təklifi bazarlar üçün “kritik bir xilasedici halqa” kimi qiymətləndirilir.

Analitiklər bildirirlər ki, bu ölçüdə bir müdaxilə neft qiymətlərindəki yüksəliş trendini qısa müddətdə qırmaq potensialına malikdir. Lakin əməliyyatın uğuru, üzv ölkələrin bu böyük sərbəst buraxmaya nə qədər sürətlə qoşulacağına və bölgədəki hərbi gərginliyin gedişatına bağlı olacaq.

Bu təklif dünən keçirilən G-7 Maliyyə Nazirləri toplantısında rezervlərin sərbəst buraxılmasının müzakirəsindən dərhal sonra gəlib. Əməliyyat Fatih Birolun koordinasiyası ilə həyata keçiriləcək və bu, Qərb müttəfiqlərinin enerji savaşında birgə hərəkət etməyə hazır olduqlarını simvolizə edir.

Xəbərin ardınca xam neft qiymətləri düşüb.Bakı vaxı ilə saat 08:54-ə olan məlumata görə, Brent nefti 1,32% ucuzlaşma ilə 86,64 dollara ticarət olunub. ABŞ xam neftinin qiyməti də 83 dollar səviyyələrinə geriləyib.

XXX

Orta Şərqdəki münaqişənin yaratdığı təchizat şokunu yüngülləşdirmək məqsədilə Beynəlxalq Enerji Agentliyi (International Energy Agency - IEA)) tərəfindən indiyədək ən böyük neft ehtiyatlarının sərbəst buraxılması (bazara çıxarılması) təklifinin müzakirə olunduğu barədə xəbər yayılıb.

"Wall Street Journal"ın məlumatına görə, IEA-nın planı 2022-ci ildə Rusiyanın Ukraynaya işğalından sonra bazara buraxılan 182 milyon bareldən daha çox neftin sərbəst buraxılmasını nəzərdə tutur. Xəbərin ardınca xam neft qiymətləri düşüb.

Bakı vaxı ilə saat 08:54-ə olan məlumata görə, Brent nefti 1,32% ucuzlaşma ilə 86,64 dollara ticarət olunub. 

Dünya nefti və mayeləşdirilmiş təbii qazın təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı su yolunda gəmi trafiki demək olar ki, dayanıb.

Dünən ABŞ Prezidenti Donald Tramp müharibənin böyük ölçüdə başa çatdığını və tezliklə bitəcəyinə dair açıqlamalar vermişdir. Bu açıqlamalar 120 dollara yaxınlaşmış neftin qiymətinin 91 dollar səviyyələrinə düşməsinə səbəb olmuşdu. 

İş elanları AzVak.az-da

11.03.2026 09:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18