970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Danone-dən 1 milyard avroluq satınalma

Fransanın qida nəhəngi Danone, bitki əsaslı yeməklər, içkilər və qida əlavələri istehsal edən Böyük Britaniyanın Huel şirkətini 1 milyard avroya satın almaq barədə razılığa gəlib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Danone-dən 1 milyard avroluq satınalma
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fransanın qida nəhəngi Danone, sağlam və funksional qidalanma sahəsində böyümə strategiyasını gücləndirmək məqsədilə mühüm bir addım atıb. Marja xəbər verir ki, Fransa şirkəti bitki əsaslı məhsullar, içkilər və qida əlavələri istehsal edən Böyük BritaniyanınHuel şirkətini almaq üçün razılığa gəldiyini açıqlayıb.

Şirkətin bazar ertəsi yaydığı məlumatda bildirilir ki, sövdələşmə “Renew Danone” strategiyasına uyğundur. Satınalma prosesi tənzimləyici qurumların təsdiqi də daxil olmaqla, standart bağlanma şərtlərinə tabedir.

“Financial Times”ın məlumatına görə, Danone süd əsaslı içki tipli qida əvəzediciləri ilə tanınan Huel şirkəti üçün təxminən 1 milyard avro ödəyəcək. Bu addım şirkətin qidalanma yönümlü məhsul seqmentində mövqeyini daha da gücləndirəcək.

“Bloomberg”in məlumatına əsasən, Huel protein tozları və zənginləşdirilmiş içkiləri ilə tanınan Böyük Britaniya şirkətidir. Şirkət protein, yağ və karbohidratlarla zəngin, əsas qida elementləri ilə balanslaşdırılmış hazır içkilər istehsal edir. Bundan əlavə, isti istehlak üçün nəzərdə tutulmuş hazır yeməklər və vegan qida batonları da məhsul portfelinə daxildir.

Huel-in əsas üstünlüklərindən biri birbaşa istehlakçıya satış modelidir. Bununla belə, marka yalnız onlayn platformalarda deyil, həm də supermarket şəbəkələrində mövcuddur. Bu struktur Danone üçün həm yeni nəsil istehlakçılara çıxış, həm də alternativ satış kanallarında mövqenin güclənməsi deməkdir.

Son dövrlərdə Danone xüsusilə sağlam, protein əsaslı və funksional qidalanma trendindən faydalanan iri qida şirkətlərindən biri kimi ön plana çıxır. Arıqlama dərmanlarının geniş yayılması və protein istehlakına marağın artması şirkətin yüksək proteinli məhsullarına tələbi dəstəkləyib. Xüsusilə YoPRO və yüksək proteinli yoqurtlar diqqət çəkir.

Şirkətin portfelində Activia yoqurtları, YoPRO yüksək protein məhsulları və immunitet dəstəkləyici Actimel məhsulları yer alır. Bundan əlavə, Danone ötən il ABŞ mərkəzli tibbi qidalanma şirkəti Kate Farmsı da satın almışdır.

Bu əməliyyat Danone-ın ənənəvi qida şirkətindən daha yüksək əlavə dəyərə malik, sağlamlıq yönümlü və funksional qidalanma məhsullarına keçidini sürətləndirən strateji addım kimi qiymətləndirilir. Huel sövdələşməsi ilə şirkət xüsusilə gənc, şəhərli və praktik qida axtaran istehlakçı kütləsinə daha geniş çıxışı hədəfləyir.

Companies House-un 2024-cü il hesabatına əsasən Huel şirkəti 214 milyon funt sterlinq gəlir əldə edib ki, bu da təxminən 285 milyon dollara bərabərdir.

Danone sağlam qidalanma funksional qida strategiyası bitki əsaslı qidalar qida əlavələri Böyük Britaniya Huel şirkəti Huel satın alınması qida sənayesi konsolidasiyası “Renew Danone” strategiyası protein əsaslı məhsullar meal replacement içkilər vegan qida məhsulları hazır yeməklər bazarı birbaşa istehlakçıya satış modeli DTC biznes modeli supermarket satış kanalları qlobal qida bazarı sağlamlıq yönümlü məhsullar yüksək proteinli qidalar funksional içkilər Activia Actimel YoPRO yüksək protein məhsulları qidalanma trendləri arıqlama dərmanları və qida bazarı təsiri qlobal FMCG sektoru qida innovasiyası sağlam həyat tərzi məhsulları ABŞ bazarı genişlənməsi tənzimləyici təsdiqlər qida sənayesi investisiyaları funksional qida bazarı böyüməsi
25.03.2026 15:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18