Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
(®) Expressbank ASC 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyətlərin nəticəsi olaraq Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunan “Bankçılıq mükafatları – 2025” layihəsi çərçivəsində mühüm uğurlar əldə etmişdir. Bank, fəaliyyətinin əsas istiqamətlərini təşkil edən sosial məsuliyyət, təhsilə dəstək, maliyyə savadlılığının təşviqi və ESG (ekoloji, sosial və idarəetmə) prinsipləri üzrə yüksək qiymətləndirilərək qalib elan olunmuşdur.
Belə ki, Expressbank “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı”, “Təhsil dəstəkçisi” və “Dayanıqlı bankçılıq” (ESG) nominasiyaları üzrə ümumilikdə 4 kateqoriyada fərqlənmişdir.
Qazanılan bu nailiyyətlər bankın yalnız maliyyə göstəriciləri ilə deyil, eyni zamanda cəmiyyətə, ətraf mühitə və sosial rifaha verdiyi töhfələrlə də seçildiyini nümayiş etdirir. Bununla yanaşı, Expressbank ictimai məsuliyyətin artırılması və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə sadiqliyini bir daha təsdiq etmişdir.
Expressbank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
6 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 18 d. əvvəl
- 20 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























