Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
Bu dövrə əməliyyat mənfəəti 11 milyon manat, xalis mənfəət isə 8,1 milyon manat təşkil edib.Unibank KB 2026-cı ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb.
Unibank-ın yaydığı press-relizdə bildirilir ki, Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib.
Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 105 milyon manata çatıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 11 milyon manat, xalis mənfəət isə 8,1 milyon manat təşkil edib.
Qeyd edilib ki, Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Məcmu kapital 33 % artaraq, 240 milyon manata çatıb. Aktivlərin həcmi isə 393 milyon manat artaraq 2,2 milyard manata yaxınlaşıb.
Son bir il ərzində bank kapital adekvatlılığı əmsalını xeyli yüksəldib. Bu göstərici 31 mart 2026-cı il tarixə 14,32 % təşkil edib.
Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib ki, bank 2026-cı ilin ilk rübünü əhəmiyyətli nəticələrlə başa vurub:
“Bu ilin ilk rübü bizim üçün yeni strateji mərhələnin başlanğıcı oldu. Əldə etdiyimiz nəticələr seçdiyimiz inkişaf istiqamətinin düzgün olduğunu təsdiqləyir. 2026-cı il yeni 3 illik strategiyanın ilk ilidir və biz daha çevik, daha rəqəmsal və müştəriyönümlü bank kimi mövqeyimizi gücləndirməyə fokuslanmışıq. Bu il bankımız üçün həm də transformasiya ilidir. Qarşıdakı dövrdə həm məhsul xəttimizi genişləndirmək, həm də real iqtisadiyyata töhfəmizi artırmaq əsas prioritetlərimiz olacaq.”
Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 22%, sayı isə 34 % artıb. Birinci rübün sonuna nağdsız əməliyyatların həcmi 3,9 milyard manatı, sayı isə 133 milyonu ötüb.
Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 13 % artdığı üçün ümumi müştəri sayı 2,3 milyon nəfəri keçib. 2025-cı ilin birinci rübü ilə müqayisədə sahibkar müştərilərin sayı 36 %, hüquqi şəxslərin sayı isə 13 %-dək artıb.
Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və ümumi depozit portfelinin həcmi 1 milyard 378 milyon manatı ötüb.
Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 36%-dən çox artaraq, 622 milyon manatı ötüb. Biznes portfelin tərkibində kiçik biznesə verilmiş kreditlərin də payında ciddi artım olub. 2025-ci ilin 1-ci rübü ilə müqayisədə mikro kreditlərin portfeldəki payında 131 milyon manat artım qeydə alınıb. Ümumilikdə isə biznes kreditlərinin ümumi kredit portfelində həcmi 45 %-i keçib.
Bankın ümumi kredit portfelində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 203 milyon manat təşkil edib və kredit portfeli 1,3 milyard manatı ötüb.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 saat sonra
-
4 d. əvvəl
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
-
- 35 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
16 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
Ən çox oxunanlar
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub





.jpg)






.jpg)


