"DDLAR İnşaat" 2025-ci ili 1 milyon manata yaxın xalis zərər ilə başa vurub
"DDLAR İnşaat" QSC 2025-ci ili 960 min 240 manat xalis zərər ilə başa vurub. Şirkət 2024-cü ildə nə xalis zərər, nə də xalis mənfəət əldə etmişdi. "DDLAR İnşaat" 2023-cü ildə isə 1 milyon 382 min manat xalis zərər ilə üzləşmişdi.
Marja.az xəbər verir ki, "DDLAR İnşaat" QSC-nin əsas əməliyyat gəlirləri 2024-cü ildə 12 milyon 167 min manat ikən, 2025-ci ildə 12 milyon 244 min manata yüksəlib (76 min manat və ya 0,6% artıb).
Ötən il "DDLAR İnşaat"ın cəmi əməliyyat xərcləri 13 milyon 204 min manat təşkil edib. Şirkətin xərcləri gəlirlərini 960 min manatdan çox üstələyib. 2024-cü ildə "DDLAR İnşaat"ın cəmi xərcləri 12 milyon 45 min manat olmuşdur. Kommersiya və digər xərclərin artması Şirktin xalis zərər ilə üzləşməsinə səbəb olub.
"DDLAR İnşaat" QSC 31 dekabr 2025-ci il tarixində 8 milyon 54 min manat cəmi aktivlərə malik olub. Şirkət 2024-cü ilin sonunda 7 milyon 103 min manat cəmi aktivlərə malik idi.
Qeyd edək ki, "DDLAR İNŞAAT" QSC tikinti şirkəti olmaqla yanaşı, müxtəlif bazar seqmentlərində təmsil olunaraq, memarlıq, daşınmaz əmlak və beton istehsalı ilə məşğul olur. Şirkət “Premium” və “De Lüks” sinifli yaşayış kompleksləri, müxtəlif idman kompleksləri inşa etmiş və bir sıra dövlət layihələrini icra etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 7 d. əvvəl
-
23 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 46 d. əvvəl
-
57 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
Ən çox oxunanlar
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu






.jpg)
.jpg)





.jpg)







