Dünya qarğıdalı istehsalı 2026-cı ildə rekord səviyyəyə çata bilər
Buğda və qarğıdalı istehsalı üzrə 2026-cı il proqnozları yeniləndiBirləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO - Food and Agriculture Organization) bildirir ki, qlobal buğda istehsalının 2026-cı ildə təxminən 2 faiz azalaraq 817 milyon ton səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.
Taxıl Təchizatı və Tələb Xülasəsini yayımlayan FAO-ya görə, istehsaldakı azalmanın əsas səbəblərindən biri Hörmüz boğazıda baş verən fasilələrin enerji və gübrə xərclərini artırmasıdır. Artan xərclər fermerlərin mənfəət marjlarını daraldır və istehsal qərarlarına mənfi təsir göstərir.
Bununla yanaşı FAO bildirir ki, gözlənilən istehsal səviyyəsi hələ də son beş ilin orta göstəricisindən yüksəkdir. Başqa sözlə, qısamüddətli dövrdə ciddi təchizat çatışmazlığı gözlənilmir, lakin istehsalda aşağı yönlü tendensiya diqqət çəkir.
Eyni zamanda FAO 2025–2026 mövsümünə dair qlobal taxıl istehsalı proqnozunu bir qədər yuxarı yönlü yeniləyib. Belə ki, dünya üzrə ümumi taxıl istehsalının rekord səviyyəyə çataraq 3,04 milyard ton olacağı gözlənilir.
Qlobal taxıl ehtiyatlarında da artım proqnozlaşdırılır. Mövsümün sonunda dünya taxıl ehtiyatlarının 954,6 milyon tona yüksələcəyi bildirilir. Bu göstərici aprel proqnozu ilə müqayisədə 3,1 milyon ton daha yüksəkdir.
Taxıl bazarlarında təchizat təhlükəsizliyi baxımından yaxından izlənilən ehtiyat-istifadə nisbətinin də artacağı gözlənilir. FAO qlobal ehtiyat-istifadə nisbətinin 32,3 faiz səviyyəsinə yüksələcəyini proqnozlaşdırır.
Ümumi mənzərədə FAO məlumatları qlobal buğda istehsalında məhdud azalmaya baxmayaraq taxıl bazarlarında qısamüddətli dövrdə güclü ehtiyat dəstəyinin davam etdiyini göstərir. Lakin enerji, gübrə və logistika xərclərinin artmağa davam etməsi halında yaxın dövrdə istehsal tərəfinə təzyiqlərin daha da güclənə biləcəyi xəbərdarlığı da diqqət çəkir.
Qarğıdalı istehsalı 2026-da ortalamanın üzərinə çıxa bilər
FAO 2026-cı ildə qarğıdalı yığımının cənub yarımkürəsi ölkələrində başladığını, şimal yarımkürəsində isə səpinlərin davam etdiyini bildirib.
Braziliyada əlverişli hava şəraiti və güclü ixrac tələbi ilə dəstəklənən əkin sahələrində cüzi artım sayəsində qarğıdalı istehsalının 2026-cı ildə ortalamadan yüksək səviyyədə qalacağı gözlənilir.
Argentinada gözləniləndən yüksək əkinlər və yaxşılaşan yağıntı şəraiti orta göstəricidən yuxarı məhsuldarlıq gözləntilərini dəstəkləyir və qarğıdalı istehsalının 2026-cı ildə rekord səviyyəyə çatması ehtimalını artırır.
Cənubi Afrikada davam edən əlverişli inkişaf şəraiti orta göstəricidən yuxarı məhsuldarlıq gözləntilərini dəstəkləyir; əkin sahəsindəki məhdud artımla birlikdə ümumi qarğıdalı istehsalı 2017-ci ildə qeydə alınan təxminən 17,5 milyon tonluq rekord səviyyəyə yaxınlaşa bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
6 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 6 saat əvvəl
-
7 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
7 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
7 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
7 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir







.jpg)





.jpg)








