970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

“CPM-invest İnvestisiya Şirkəti” ASC-nin aktivləri azalıb, xalis mənfəəti isə 6,6 dəfə artıb

“CPM-invest İnvestisiya Şirkəti” ASC 2025-ci ili 1 milyon 110 min 518 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 942 min 472 manat və ya 560,8% (6,6 dəfə) çoxdur. 2024-cü ildə şirkətin xalis mənfəəti 168 min 46 manat olmuşdu.

Marja.az  “CPM-invest İnvestisiya Şirkəti” ASC-nin 2025-ci il üzrə illik maliyyə hesabatları və auditor hesabatına istinadən xəbər verir ki, Şirkətin gəlirləri 2025-ci ildə 2 milyon 968 min 197 manat təşkil edib. Bu göstərici 2024-cü ildəki 2 milyon 507 min 141 manatla müqayisədə 461 min 56 manat və ya 18,4% artıb.

Eyni zamanda, inzibati və digər əməliyyat xərcləri 2 milyon 297 min 84 manatdan 1 milyon 495 min 800 manata düşüb. Beləliklə, xərclər 801 min 284 manat və ya 34,9% azalıb. Nəticədə şirkətin əməliyyat mənfəəti 210 min 57 manatdan 1 milyon 472 min 397 manata yüksəlib. Artım 1 milyon 262 min 340 manat və ya 601% təşkil edib.

Mənfəət vergisi xərci isə artan mənfəət fonunda 42 min 11 manatdan 294 min 479 manata yüksəlib. Bu, 252 min 468 manat və ya 601% artım deməkdir.

Aktivlər 92%-dən çox azalıb

2025-ci ilin sonuna “CPM-invest İnvestisiya Şirkəti” ASC-nin cəmi aktivləri 2 milyon 9 min 583 manat olub. 2024-cü ilin sonunda bu göstərici 26 milyon 222 min 990 manat idi. Beləliklə, aktivlər 24 milyon 213 min 407 manat və ya 92,3% azalıb.

Ən kəskin azalma cari aktivlərdə qeydə alınıb. Cari aktivlər 25 milyon 894 min 189 manatdan 1 milyon 799 min 629 manata düşüb. Azalma 24 milyon 94 min 560 manat və ya 93,1% təşkil edib.

Bu azalmanın əsas səbəbi yüklü maliyyə aktivlərinin 24 milyon 650 min 866 manatdan sıfıra enməsi olub.

Kapital artıb, öhdəliklər kəskin azalıb

Ötən il, “CPM-invest İnvestisiya Şirkəti” ASC-nin cəmi kapitalı 2024-cü ili sonundakı 1 milyon 544 min 229 manatdan 1 milyon 910 min 518 manata yüksəlib. Artım 366 min 289 manat və ya 23,7% təşkil edib.

Nizamnamə kapitalı isə 400 min manatdan 800 min manata çatdırılıb. Bu, 400 min manat və ya 100% artım deməkdir.

Şirkətin cəmi öhdəlikləri 24 milyon 678 min 761 manatdan 99 min 65 manata enib. Azalma 24 milyon 579 min 696 manat və ya 99,6% təşkil edib.

Hesabatdan görünür ki, 2025-ci ildə şirkətin balansı ciddi şəkildə kiçilib. Aktivlərin 92%-dən çox azalması, xüsusilə 24,7 milyon manatlıq yüklü maliyyə aktivlərinin balansdan çıxması ilə bağlıdır.

Bununla yanaşı, şirkətin mənfəətliliyi kəskin yaxşılaşıb. Gəlirlərin 18,4% artması və xərclərin 34,9% azalması nəticəsində əməliyyat mənfəəti 7 dəfəyə yaxın yüksəlib. Bu isə “CPM-invest İnvestisiya Şirkəti” ASC-nin 2025-ci ildə daha kiçik balansla, lakin daha yüksək gəlirliliklə fəaliyyət göstərdiyini göstərir.

Qeyd edək ki, “CPM-invest İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalının 100%-i Məmmədova Kəmalə Qələndər qızına məxsusdur. 

Şirkət 2025-ci il IV rübün sonunda 14 nəfər işçiyə malik olub (2025-ci il I rübün sonunda- 16 nəfər). 

İş elanları AzVak.az-da

CPM-invest İnvestisiya Şirkəti ASC CPM-invest maliyyə hesabatı 2025 CPM-invest xalis mənfəət artımı CPM-invest mənfəəti 6.6 dəfə artıb CPM-invest aktivləri azalıb CPM-invest gəlirləri artıb CPM-invest əməliyyat mənfəəti CPM-invest xərcləri azalıb CPM-invest maliyyə göstəriciləri CPM-invest illik hesabat 2025 CPM-invest auditor hesabatı Azərbaycanda investisiya şirkətləri investisiya şirkəti maliyyə hesabatı Azərbaycanda maliyyə xəbərləri Marja.az iqtisadi xəbərlər Azərbaycanda şirkət mənfəəti şirkət aktivlərinin azalması şirkət kapitalının artması nizamnamə kapitalı artırılıb CPM-invest nizamnamə kapitalı
22.05.2026 09:32
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19