970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

BYD Türkiyədə qurmağı planlaşdırdığı zavod layihəsini dayandırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
BYD Türkiyədə qurmağı planlaşdırdığı zavod layihəsini dayandırıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Qlobal elektrik avtomobili (elektromobil) bazarının ən böyük oyunçularından biri olan Çin şirkəti BYD Türkiyədə qurmağı planlaşdırdığı zavod layihəsini dayandırdığını açıqlayıb. Şirkət Avropa bazarında lokallaşma strategiyalarına fokuslanmaq qərarına gəlib.

Marja xəbər verir ki, BYD-nin vitse-prezidenti Stella Li Londonda “Reuters”ə verdiyi eksklüziv müsahibədə Türkiyədəki istehsal müəssisəsinin qurulması prosesinin dayandırıldığını və istehsala başlanılması üçün konkret təqvimin müəyyən edilmədiyini bildirib.

Şirkətdaxili əməliyyatlarda prioritetlərin dəyişdiyini vurğulayan Li bu açıqlamanı verib:

“Hazırda şirkət olaraq birinci prioritetimiz Macarıstan bazarındakı investisiyalarımızdır. İkinci fokus nöqtəmiz isə Avropa üzrə istehsal həyata keçirə biləcəyimiz ikinci zavod üçün uyğun lokasiyanın tapılması olacaq”.

BYD ötən il Türkiyə hökuməti ilə Manisada təxminən 1 milyard dollar dəyərində istehsal müəssisəsinin yaradılmasını nəzərdə tutan rəsmi saziş imzalamışdı. İllik 150 min avtomobil istehsal gücünə çatması planlaşdırılan bu nəhəng layihə çərçivəsində ərazidə hələlik hər hansı infrastruktur və ya tikinti işlərinə başlanılmamışdı.

Avropa İttifaqının Çin istehsalı olan elektrik avtomobillərinə tətbiq etdiyi gömrük tariflərini aşmaq istəyən BYD regionda birbaşa istehsalçı mövqeyinə keçmək üçün aqressiv strategiya həyata keçirir. Şirkət Macarıstanın Seqed şəhərindəki ilk Avropa zavodunda montaj xətlərini bu ilin dördüncü rübündə işə salmağı planlaşdırır.

Bununla yanaşı, BYD rəhbərliyi Avropada sıfırdan zavod tikintisinin yaradacağı logistika və zaman xərclərindən yayınmaq üçün Stellantis və Volkswagen kimi köklü istehsalçıların istifadəsiz qalan zavodlarını müstəqil şəkildə əldə etmək məqsədilə rəsmi danışıqları davam etdirir. Şirkətin qısa siyahısında İtaliya və Fransadakı istehsal müəssisələri ön plana çıxır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

10.06.2026 12:26
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19