970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısı və Biznes Forumu keçiriləcək - TARİX

AzVak-mobil_resmin_ustu_31
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısı və Biznes Forumu keçiriləcək - TARİX
iç səhifə xəbər şəkil altı (mobil)_32

1-2 iyul 2026-cı il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı və Biznes Forumu keçiriləcək.

Marja Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, İllik Toplantıda Bankın fəaliyyətinin nəticələri nəzərdən keçiriləcək, 2025-ci il üzrə maliyyə hesabatları təsdiq ediləcək, habelə Bankın gələcək fəaliyyət istiqamətləri və institusional inkişaf məsələləri müzakirə olunacaq.

Reklam_3_11

Toplantı çərçivəsində “Bazarların əlaqələndirilməsi, iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq kimi” mövzusunda baş tutacaq Biznes Forumda isə Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlığın gücləndirilməsi, eləcə də QDTİB-nin ölkəmizdə həyata keçirdiyi layihələr, inkişafın maliyyələşdirilməsi sahəsində mövcud tendensiyalar və çağırışlar ətrafında müzakirələr aparılacaq.

Eyni zamanda, Forumun gündəliyinə uyğun olaraq, regional bağlantıların genişləndirilməsi, şaxələndirilmiş maliyyələşmədirmə mexanizmlərinin dayanıqlı iqtisadi artıma töhfəsi, eləcə də Azərbaycanın Avropa ilə Asiya arasında mühüm iqtisadi və nəqliyyat qovşağı kimi rolu diqqət mərkəzində olacaq. 

Tədbir çərçivəsində müxtəlif təqdimatların, plenar sessiyaların və işgüzar müzakirələrin keçirilməsi, həmçinin sahibkarlar və maliyyə institutlarının nümayəndələri arasında ikitərəfli (B2B) görüşlərin təşkili nəzərdə tutulur.

QDTİB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 11 dövlət – Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılmış çoxtərəfli beynəlxalq inkişaf maliyyə institutudur. Baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir.QDTİB üzv ölkələrdə davamlı iqtisadi inkişafın və regional əməkdaşlığın təşviqinə xidmət edir, dövlət və özəl sektor layihələrinin maliyyələşdirilməsi, kreditlərin və kredit xətlərinin təqdim edilməsi, investisiyaların və zəmanətlərin verilməsi, eləcə də ticarətin maliyyələşdirilməsi istiqamətlərində fəaliyyət göstərir.

QDTİB Qara Dəniz Ticarət və İnkişaf Bankı QDTİB illik toplantısı QDTİB Rəhbərlər Şurası QDTİB Biznes Forumu Bakı Biznes Forumu Azərbaycan QDTİB sədrliyi QDTİB 28-ci İllik Toplantısı inkişaf maliyyə institutu regional əməkdaşlıq iqtisadi əməkdaşlıq Azərbaycan regional qovşaq regional qovşaq bazarların əlaqələndirilməsi iqtisadiyyatların şaxələndirilməsi inkişafın maliyyələşdirilməsi dayanıqlı iqtisadi artım maliyyələşdirmə mexanizmləri Avropa və Asiya arasında qovşaq nəqliyyat qovşağı iqtisadi qovşaq regional bağlantılar B2B görüşlər sahibkarlar maliyyə institutları plenar sessiyalar işgüzar müzakirələr investisiya layihələri dövlət və özəl sektor layihələri ticarətin maliyyələşdirilməsi kredit xətləri investisiya zəmanətləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı QDİƏT
29.06.2026 11:06
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19

Ən çox oxunanlar