Birinci "CEO Lunch Tbilisi" keçirilib
Caspian European Club və Caspian American Club bu gün (29 sentyabr) Gürcüstanda birinci CEO Lunch Tbilisi təşkil edib.
Caspian Energy Georgia-nın fəaliyyətinin rəsmi yenilənmə mərasimi çərçivəsində Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə CEO Lunch Tbilisi keçirilib.
Fəxri qonaq qismində CEO Lunch-da həmçinin Gürcüstanın baş nazirinin birinci müavini, maliyyə Naziri Dmitri Kumsişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxariya, bölgə qubernatoru Kvemo-Kartli Qriqol Nemsadze və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov iştirak ediblər.
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Caspian Energy Georgia şirkətinin yaradılmasını müsbət hal kimi qiymətləndirərək, təşkilatın Gürcütsanla Azərbaycan arasındakı iqtisadi-ticari əlaqələrin inkişafında əhəmiyyətli rol oynayacağını qeyd edib. Onun sözlərinə görə, geniş imkanların mövcud olduğu şərtlər daxilində bu cür görüşlər mühüm əhəmiyyət kəsb edir və biznes nümayəndələrinə bir-birlərini yaxından tanımağa, perspektivli ortaq layihələri müzakirə etməyə şərait yaradır. Gürcüstanın baş naziri həmçinin görüşün təşkilatçılarına minnətdarlığını bildirib və bu gündən belə görüşlərin mütəmadi hal alacağını deyib.
“Bu, yeni biznes təşəbbüslərinin yaranmasına, təkcə Gürcüstan və Azərbaycan biznesmenləri deyil, həm də digər ölkələrin nümayəndələri arasında əlaqələrin genişlənməsinə səbəb olacaq”, - deyə o bildirib.
İkitərəfli münasibətlərə toxunan baş nazir qeyd edib ki, Gürcüstan və Azərbaycan təkcə strateji partnyor deyillər: “Bir sıra iri layihələrdə əməkdaşlıq edərək biz birlikdə daha sabit və inkişaf etmiş region qururuq. Biz həmçinin region və bazarları birləşdirərək Avropanın enerji təhlükəsizliyinə öz töhvəmizi veririk. Bu əlaqələr və əməkdaşlıq iqtisadi dirçəliş, tərəqqi, eləcə də sabitlik meydanıdır”.
Georgi Kvirikaşvili həmçinin qeyd edib ki, Gürcüstan hökuməti ölkəyə investisiya etmək üçün maksimal dərəcədə çalışır və Gürcüstan azərbaycanlı biznesmenlər üçün hər zaman açıqdır.
“Ümid edirəm ki, gürcüstanlı biznesmenlər də Azərbaycandakı fəaliyyətlərini genişləndirəcəklər”, - deyə baş nazir çıxışına yekun vurub.
Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev CEO Lunch Tbilisi-nin Caspian Energy Georgia-nın fəaliyyətinin yenilənməsi çərçivəsində keçirilən ilk tədbirdir. Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin Caspian European Club-un dəstəyilə 2018-ci ilin martında 5-ci Beynəlxalq “Caspian Energy Forum” keçiriləcək. Forumun açılış mərasimində Gürcüstanın baş-naziri Giorgi Kvirikaşvilinin iştirakı planlaşdırılır.
Telman Əliyev bildirib ki, növbəti CEO Lunch Tbilisi 2017-ci il oktyabrın 27-də keçiriləcək və sonradan hər ayın sonuncu cümə günü baş tutacaq.
"Networking”in aparıcı vasitəsi olan “CEO Lunch” şirkət rəhbərlərinin qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan yaratmaq və yeni əlaqələr qurmaq məqsədilə təşkil olunur. O qeyd edib ki, Caspian European Club və Caspian American Club “CEİBC” şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü Bakıda, hər ayın sonuncu cümə günü Tbilisidə CEO Lunch təşkil edir.
Tədbir çərçivəsində PASHA bank Georgia və Debet Georgia şirkətləri görüş iştirakçıları üçün təqdimat keçirib.
Qeyri-rəsmi şəraitdə sahibkarların qarşılaşdıqları problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin aparılması üzrə onları maraqlandırılan suallara toxunulub, həmçinin iqtisadiyyatın fərqli sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülüb.
Caspian European Club və Caspian American Club-a daxil olan və burada iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim edilib.
Telman Əliyev xatırladıb ki, Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club və Caspian American Club-un sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Onun sözlərinə görə, yarandığı ilk gündən Caspian European Clubneft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 d. əvvəl
Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb
- 14 d. əvvəl
-
21 d. əvvəl
PAŞA Bank "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nin sponsorudur
-
51 d. əvvəl
Pilotsuz avtomobillər dünyada və Azərbaycanda: nəqliyyat eksperti Naim Əzizovun baxışı
-
56 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
1 saat əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Pilotsuz avtomobillər dünyada və Azərbaycanda: nəqliyyat eksperti Naim Əzizovun baxışı
Ən çox oxunanlar
Azovda dron hücumuna məruz qalmış gəmilərdəki 19 Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb, 2 nəfərin nəşi tapılıb
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib



























