Azərbaycanda 3-cü Rəqəmsal Marketinq Konfransı keçiriləcək
20 yerli və xarici spiker, 250-dək şirkətdən 500-dən çox menecerin iştirakı planlaşdırılır.
11 noyabr tarixində Azərbaycanda sayca 3-cü olan Rəqəmsal Marketinq Konfransı keçiriləcək. Rəqəmsal Marketinq Konfransı facemark.az onlayn marketinq portalının təşkilatçılığı ilə illik olaraq keçirilir.
Konfransda 20-dək yerli və xarici mütəxəssislər yeni trendlərə uyğun öz təcrübələrini paylaşacaq.
DMC 2017-nin builki spikerləri Rasul Hasanov (Meteor), İmran Bağırov (Azercell), Mehriban Həsənova (Cavan GH), Aysel Novruz (bloger), Orxan Kərimov (Endorphin), Emin Vəliyev (Keepface), Michael Gerlich (Gilan FMCG), Tural Yusifov (Avtostop), Sakit Səmədov (Logix), Zöhrab Süleyman (Azərbaycan Universitetləri), Rizvan Bağırlı (McCann Baku), Ruslan Mirzəliyev, Orxan İsmayılov (OffSide), Tuğra Şükürova (ADA), Şəmsi Bayramzadə (Azersun), Anar İbrahimov (ERA)
DMC2017 bu il “Super Sun” brendinin baş sponsorluğu ilə keçiriləcək. Builki konfransın dəstəkçiləri arasında eyni zamanda McCann Baku reklam agentliyi, Antaris, Digitello, LedAz Events, AdsGarden, Fil Agency, Logix, Asan Radio, Asan Könüllüləri, Digital AİR, Marketing AİR, Qmeter, Brend Media, Hooki Cafe kimi şirkətlər yer alır. Tədbirin media dəstəkçiləri isə apa.az, oxu.az, marja.az, topxeber.az, fins.az, baku.ws, edumap.az saytıdır.
Tədbirdə rəqəmsal marketinqlə maraqlanan hər kəs iştirak edə bilər. Yerli və xarici praktikanı bir bütöv gün olmaqla müzakirə etmək və onu öz işinə uğurla tətbiq etmək istəyənlər üçün əvəzedilməz platformadır.
Qeyd edək ki, konfransda iştirak biletlədir. Biletləri iticket.az vasitəsilə onlayn da əldə etmək mümkündür. Eyni zamanda dmcbaku.az saytından qeydiyyatdan keçməklə və həmçininwww.facebook.com/dmcbaku.az/rəsmi facebook səhifəsinə yazmaqla da əldə etmək olar. Biletin qiyməti 30 manatdır, çatdırılması Bakı şəhəri daxilində pulsuzdur.
Xatırladaq ki, Rəqəmsal Marketinq Konfransı facemark.az onlayn marketinq portalının təşkilatçılığı ilə illik olaraq keçirilir. Konfransda ölkəmizin rəqəmsal marketinq sahəsində öz sözünü demiş yerli və xarici mütəxəssislər təcrübələrini paylaşır. Bu il isə DMC2017 11 noyabrda Pullman otelində keçiriləcək. Konfrans haqqında bütün məlumatları dmcbaku.az saytından və www.facebook.com/dmcbaku.az/ rəsmi facebook səhifəsindən əldə edə bilərsiniz.
11 noyabrda keçiriləcək Rəqəmsal Markentinq Konfransı 2017-nin təqdimat video çarxı:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























