Süni mayalanma yolu ilə 45 min baş buzov alınıb

Respublikamızda heyvandarlığın inkişaf etdirilməsinin başlıca şərtlərindən biri yüksək genetik məhsuldarlıq potensialı olan heyvanların sayının artırılması yolu ilə heyvandarlıq təsərrüfatlarının bu cür heyvanlardan formalaşdırılması və intensiv texnologiyalar əsasında heyvandarlıq məhsullarının istehsalının təmin edilməsidir.
Kənd Təsərrüfatı Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, , dövlətimizin başçısının 2014-cü ildə imzaladığı sərəncamla Göygöl rayonunda Süni Mayalanma Mərkəzinin yaradılması bu sahədə dünyanın ən mütərəqqi təcrübəsini Azərbaycana gətirməyi təmin edir.
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var.
Mərkəz Göygöl rayonunun Firuzabad qəsəbəsinin yaxınlığında yerləşir. Mərkəzin istehsalat kompleksi 3 ha ərazini əhatə edir və burada saxlanılan törədici heyvanların yem ilə təmin edilməsi üçün 60 ha əkinə yararlı torpaq sahəsi Mərkəzə təhkim edilib. Ərazidə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar tikilib. Ötən dövrdə Respublika Süni Mayalanma Mərkəzi ilə paralel olaraq ölkədə 12 zona Baytarlıq Laboratoriyasının müvafiq avadanlıq və texnika ilə təchiz edilərək Regional Süni Mayalama Mərkəzi kimi fəaliyyət göstərməsi təmin edilib. Bu isə mütəxəssislərin genetik materiala tələbatının ödənilməsinin asanlaşdırılması ilə yanaşı xüsusi keyfiyyət nəzarətinin həyata keçirilməsinə şərait yaradır. Burada mərkəzləşdirilmiş kompüter və videobaxış sistemləri quraşdırılıb. Bu sistem istənilən zaman Bakıdan, eləcə də digər bölgələrdən Respublika Süni Mayalanma Mərkəzində aparılan işləri müşahidə etməyə imkan yaradır.
Mərkəzin yeni kompleksinin layihələndirilməsində Türkiyə, Fransa, Almaniya və Hollandiyanın təcrübəsindən istifadə edilmiş, bu ölkələrdən dəvət edilmiş mütəxəssislər layihənin hazırlanmasında və inşaatın gedişində iştirak etmişlər. İnşaat işləri və Mərkəzin funksional planı FAO-nun ekspertləri ilə müzakirə edilmiş və onların tövsiyələri nəzərə alınmışdır.
Respublikada qaramal cinslərinə tələbat nəzərə alınaraq Avstriya və Almaniya Federativ Respublikasından 10 baş simmental, 8 baş holştein-friz, 5 baş şvis, 3 baş şarole, 2 baş aberdin- anqus olmaqla cəmi 28 baş törədici buğa, İran İslam Respublikasından isə 2 baş cinsi yaxşılaşdırılmış mürrah mənşəli törədici kəl Mərkəzdə istifadə olunmaq üçün gətirilmişdir. Xüsusi hazırlanmış məlumat bazası vasitəsilə genetik materialın Mərkəzdən təsərrüfatlara qədər izlənməsi və fərdi uçotun aparılmasına başlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli 1364 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək üçün hazırlanmış “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”na uyğun olaraq süni mayalanma yolu ilə alınmış hər buzova görə heyvan sahiblərinə 100 (yüz) manat subsidiyanın verilməsi həyata keçirilir. Subsidiya ödənişləri 2016-cı ildən etibarən ödənilir və ötən il də daxil olmaqla 2017-ci ilin sentyabr ayınadək süni mayalanma yolu ilə alınmış 45020 baş ( o cümlədən Naxçıvan MR üzrə 8193 baş) buzova görə 38423 nəfər heyvan sahibinə subsidiya ödənişləri həyata keçirilmişdir. Bu isə yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılmasına şərait yaradılması ilə yanaşı kənd təsərrüfatı məhsulları istehsalçılarının marağının nəzərəçarpacaq dərəcədə yüksəlməsinə səbəb olmuşdur. Belə ki, cari ilin 9 aylıq dövründə ailə-kəndli və fermer təsərrüfatlarında saxlanılan 87849 baş az məhsuldar və damazlıq keyfiyyəti aşağı olan qaramalda süni mayalanma aparılmışdır ki, bu da ötən ilin müvafiq dövründən (70182 baş) 25,2 faiz çoxdur.
Qeyd edək ki, Göygöldə istifadəyə verilən Respublika Süni Mayalanma Mərkəzi ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılayacaq və yerli heyvan cinslərindən istifadə olunmaqla yetişdirilmiş cinslərin də genetik imkanlarından faydalanmağa şərait yaradacaq.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 d. əvvəl
-
25 d. əvvəl
Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
46 d. əvvəl
Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
-
56 d. əvvəl
Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
-
1 saat əvvəl
Naxçıvan Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirkətdə "bəzi səhmdarların paylarının geri alınması" üçün yığıncaq keçiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp ABŞ-a idxal olunan ağır yük maşınlarına 25% gömrük rüsumu tətbiq etdi
Son Xəbərlər

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR

Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək
Ən çox oxunanlar

Rusiyanın məhdudiyyətləri fonunda neft bahalaşıb

Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib

Bosch 13 min işçisini ixtisar edəcək

Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
