Yerli kərə yağları da bahalaşıb - SƏBƏBLƏR
Marketlərdə kərə yağlarının qiymətlərinin kəskin artdığı müşahidə olunur. İdxalçılar və Dövlət Gömrük Komitəsi qiymət artımlarını dünya birjalarında kərə yağının bahalaşması ilə izah edirlər.
“Marja”nın müxbirinin marketlərdə apardığı müşahidələri göstərir ki, yerli istehsal olan kərə yağları da ucuz satılmır. Onların qiymətləri xarici analoqlarına çox yaxındır.
Marketlərdə xaricdən idxal olunan kərə yağlarının qiymətləri təxminən 17-21 manat civarında ikən, yerli kərə yağlarının kiloqramı təxminən 16-17 manatdır.
Məsələn, “Bazarstore” supermarketində xarici kərə yağlarından “Westgold”un 1 kiloqramı 16,90 manata, "Ankor" 16,90 manata, “Bestcow” isə 16,93 manata təklif olunur. Yerli qablaşdırılmış “Səba” kərə yağının kiloqramı isə 15,90 manatdır. Yəni, xarici yağlardan təxminən 1 manat ucuz satılır.
200 qramlıq “President” 4 manata, “Westgold” kərə yağı 3,90 manata, "Dayaruşka" 3,80 manata, “Bestcow” 3.71 manata, "Wellington" 3,67 manata satılarkən, 200 qramlıq “Səba” kərə yağı 3,65 manata təklif olunur.
“Milla” kərə yağı “Səba”dan da bahadır. “Milla”nın kiloqramı 17,40 manata, 180 qramlıq qablaşdırmada isə 3,13 manata təklif olunur. Qeyd edək ki, "Milla" kərə yağının istehsalçısı "Azerbaijan Food and Packaging Company (AzFP)" şirkətidir.
Qeyd edək ki, “Atena” da kərə yağı istehsal edirdi. Lakin son zamanlar həmin yağlara marketlərdə rast gəlinmir. Ötən il 1 kq “Atena” kərə yağı 8-8,50 manata satılırdı.
“SÜD, İŞIQ, SU BAHALAŞIB”
“Səba” ASC bildirir ki, törəmə şirkəti “Biləsuvar Aqro” zavodu südü fermerlərdən alır. Fermerlər də südün qiymətini qaldırıblar:
“Aldığımız xammalların qiymətinin qalxması, məhsulun daşınması, müəssisədə elektrik enerjisinin, suyun qiyməti, xarici valyuta ilə alınan qablaşdırma məmulatları, istifadə etdiyimiz xidmətlərin qiymətinin qalxması qiymətlərimizə təsir edir”.
“Səba”ASC-dən qeyd edilib ki, çəki ilə olan kərə yağının kiloqramı 14.90 manata təklif olunur: “Keyfiyyətdə "Səba" yağı ilə rəqabət apara biləcək yağlar "Səba"dan azı 20% bahadır”.
Qeyd edək ki, ötən ilin Oktyabr ayında marketlərdə xarici istehsal “Ankor” və“Westgold” yağlarının kiloqramı 9-10 manata, “Valio” isə 12 manata satılırdı.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
- 4 d. əvvəl
- 23 d. əvvəl
- 40 d. əvvəl
-
56 d. əvvəl
“Azərmaş Group” MMC-nin satış gəlirləri 28% artıb, mənfəəti azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycan neftinin son qiyməti
BOKT yaxın günlərdə Naxçıvanda filialını açacaq
Rəsmi məzənnələr açıqlandı
“Bakı Şərab-2”nin rəhbərliyi yenidən seçiləcək
Ən çox oxunanlar
Tam yeni Dərnəgül dayanacağı istifadəyə verildi
Demet Akalın Bakıda- "Abşeron Mall"da
“Alp Delux” şadlıq evi: "AQTA-nın heç bir işçisi bura gəlməyib, amma haqqımızda qara yalanı yayırlar"
Tramp: İran normal ölkə deyil, bu dövləti dəlilər idarə edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 5 GÜN
ABŞ İranı yenidən vurdu
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
















.jpg)





