Avro Zonasında inflyasiya səngidi
Avro Bölgəsində illik inflyasiya, bu ilin oktyabr ayında 1,4%-ə geriləyib. İnflyasiya göstəricisi, bazar gözləntilərini də qarşılamayıb.
"Marja" xəbər verir ki, Avropa Statistika Ofisinin (Eurostat) ilkin məlumatlarına görə, 19 üzvlü Avro Bölgəsində sentyabr ayında 1,5 faiz olan illik inflyasiya oktyabrda 1,4 faiz olaraq ölçülüb. İllik inflyasiya göstəricisi həmçinin 1,5%-lik bazar proqnozundan aşağı olub.
Bölgədə, oktyabr ayında illik baza inflyasiya da 1,1%-lik bazar proqnozundan aşağı qalaraq 0,9% artıb.
Avro Bölgəsində oktyabr ayındakı inflyasiyanın əsas komponentlərinə nəzər saldıqda, illik inflyasiya ən yüksək 3 faiz ilə enerjidə olub. Enerjinin ardınca 2,4%-lə qida, alkoqol və tütün məhsulları, 1,2 faiz ilə xidmətlər və 0,4% ilə də enerji xaric qeyri-neft sənaye məhsulları gəlib.
ECB-NİN İNFLYASİYA HƏDƏFİ
Digər tərəfdən, Avro Zonasında pul siyasətini yeritməkdən məsul olan Avropa Mərkəzi Bankı (ECB), regionda qiymət sabitliyini təmin etmək üçün 2%-ə yaxın səviyyədə inflyasiya hədəfləyir. Bank, bu istiqamətdə aktiv alışı proqramını və aşağı faiz siyasətini da əhatə edən bir sıra tədbirlər həyata keçirir.
Oktyabr ayı inflyasiyasına dair müfəssəl məlumatlar 16 Noyabrda açıqlanacaqdır.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
44 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
-
48 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
51 d. əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 52 d. əvvəl
- 54 d. əvvəl
- 56 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü


























