Azərbaycanda ət istehsalının çox da artmayacağı gözlənilir
Azərbaycan hökuməti ortamüddətli perspektivdə ət və quşçuluq məhsullarının istehsalında artım proqnozlaşdırır. Bu barədə hökumətdən məlumat verilib.
Proqnozlara əsasən, 2017-ci ildə ölkədə ət istehsalı 309,7 min ton təşkil edəcək, bu da 2016-cı ilin göstəricisindən 7,5 min ton çoxdur.
İstehsalın ümumi həcmindən 133 min ton mal əti (artım 2 min ton), 77 min ton qoyun əti (artım 1,8 min ton), 99,2 min ton quş ətinin (artım 4,3 min ton) payına düşüb.
2018-2021-ci illərdə ət istehsalında artım tendensiyası qorunacaq.
Xüsusilə, 2018-ci ildə ət istehsalı 314,5 min ton, 2019-cu ildə 320,3 min ton, 2020-ci ilodə 327 min ton, 2021-ci ildə 334,5 min ton həcmində proqnozlaşdırılır. Beləliklə, 2022-ci ilə qədər 2017-ci illə müqayisədə artım 8% təşkil edəcək.
Bununla belə, həmin dövrdə quş əti istehsalında ən böyük artım gözklənilir. Belə ki, 2022-ci ilə qədər respublikada quş əti istehsalı 110 min tona, mal əti istehsalı 143 min tona, qoyun əti istehsalı 81 min tona çatıb.
Hökumətin proqnozlarına əsasən, 2017-ci ilin yekunları üzrə respublikada iribuynuzlu mal-qaranın ümumi miqdarı 2,69 mln. baş təşkil edəcək, 2021-ci ildə 2,65 mln. başa qədər azalacaq. O cümlədən, xırda buynuzlu mal-qara arasında ümumi miqdarın azalması müşahidə olunacaq. 2021-ci ildə xırda buynuzlu mal-qaranın ümumi miqdarı 8,47 mln. baş təşkil edəcək, bu da 2017-ci ilin sonuna olan göstəricidən 120 min baş azdır.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
Çexiyanın Baş naziri: Milli enerji operatormuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal bank neft qiymətləri üzrə proqnozunu yenidən yüksəldib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Goldman Brent neftinə dair qiymət proqnozunu yuxarı istiqamətdə yeniləyib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi
-
2 saat əvvəl
Ukrayna Rusiyanın gübrə zavodunu və neft emalı müəssisəsini vurub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Aprelin 28-də gözlənilən hava şəraiti
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
Ən çox oxunanlar
Bank Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi
Ukrayna Rusiyanın gübrə zavodunu və neft emalı müəssisəsini vurub
Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
PAŞA Bank ağacəkmə aksiyasına qoşulub
Bu bank pulunuza illik 12% gəlir təklif edir
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın





.jpg)



.jpg)










