OYAL sosial təşəbbüskarlığa davam edir
Daim müxtəlif yönümlü sosial layihələr həyata keçirməyi korporativ vətəndaşlıq borcu hesab edən OYAL 12 noyabr- Konstitusiya günündə də, bu ənənəni davam etdirib.
Bu dəfə OYAL Binəqədi rayon 30 saylı orta məktəbin şagird və müəllim heyəti ilə birlikdə növbəti sosial layihəni həyata keçirib.
Layihə çərçivəsində şagirdlər vətənpərvərliklə bağlı müxtəlif şeirlər səsləndirib, musiqi nömrələri nümayiş etdiriblər. Sonda tədbirin bütün iştirakçılarına müxtəlif hədiyyələr təqdim olunub.
Tədbirdə çıxış edən şirkət nümayəndəsi məktəbin şagird və müəllim heyətini 12 noyabr- Konstitusiya Günü münasibətilə təbrik edib və konstitusiyanın 42 və 45-ci maddələri haqqında şagirdlərə məlumat verərək bildirib ki, bu gün respublikamızda uşaqların sistemli təhsil ala bilməsi üçün hər bir şərait yaradılıb. 30 saylı məktəbin direktoru Səkinə xanım Məmmədova öz növbəsində şagirdləri bayram münasibətilə təbrik edib, həmçinin bu bayramda da, OYAL-ın uşaqları unutmadığını, onların bayram sevincinə sevinc qatmasını yüksək qiymətləndirib.
OYAL gələcəkdə də sosial layihələri davam etdirmək niyyətindədir.
Qeyd edək ki, OYAL məktəbli ləvazimatlarını Bakı, Abşeron, Sumqayıt, Lənkəran, Tovuz, Bərdədə yerləşən “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından əldə etmək mümkündür.
Həmçinin ölkənin ən böyük online satış portallarından biri olan www.ofisait.com vasitəsilə də Siz mənzil və ofislərinizdə internet vasitəsilə istənilən məhsulu sifariş verə bilərsiniz. “Ofisait”in gülərüz və dinamik komandası Sizin sifarişinizi operativ olaraq qeyd etdiyiniz ünvana təslim edir. Ödənişlərin nəğd və online həyata keçirilməsi mümkündür. Daha ətraflı məlumatı OYAL və “Ofisait”in daim yenilənən Facebook və İnstagram səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
3 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
8 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)








