Azərbaycana gələn xaricilərin sayı açıqlandı - Ərəblər, ruslar və iranlılar artıb
Bu ilin 10 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 milyon 276 min 604 nəfər olub.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 727 min 577 nəfəri Rusiya Federasiyası, 439 min 305 nəfəri Gürcüstan, 320 min 904 nəfəri İran, 249 min 210 nəfəri Türkiyə, 81 min 742 nəfəri Birləşmiş Ərəb Əmirlikləri, 54 min 242 nəfəri İraq, 49 min 809 nəfəri Ukrayna, 31 min 821 nəfəri Səudiyyə Ərəbistanı, 321min 994 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
Şöbədən əlavə ediblər ki, xarici vətəndaşlar daha çox iyul ayında gəlib və onların sayı 313 515 nəfər təşkil edib.
Dövr ərzində Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran və Türkiyə vətəndaşlarının xüsusi çəkisi daha çox olub: müvafiq olaraq 31,9 faiz, 19,2 faiz, 14 faiz və 10,9 faiz.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olub. Bu il İrandan 115 min 782, BƏƏ-dən 42 min , Rusiyadan 96 min 40 nəfər daha çox şəxs gəlib.
2016-cı ilin 10 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 1 milyon 894 min 707 nəfər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycana 381 min 807 (20.1%) nəfər çox xarici vətəndaş gəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 26 d. əvvəl
-
1 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
3 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Ən çox oxunanlar
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı



















