"Peşə məktəbləri ilə əməkdaşlıq edən şirkətlərə vergi güzəştləri tətbiq edilməlidir"
Peşə təhsil sahəsi üzrə əməkdaşlıq edən işəgötürənləri bu sahə üzrə fəaliyyətə həvəsləndirmək üçün onlara hər hansı vergi güzəştləri tətbiq edilməlidir.
Bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Bəxtiyar Əliyev "Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, özəl sektor bu sahənin ən fəal iştirakçısına çevrilməlidir: “Bunun üçün kifayət qədər resurslarımız var”.
B.Əliyev qeyd edib ki, peşə təhsilinin inkişafı üçün dövlət dəstəyi göstəririlir. Lakin bu dəstəyin daha da artırılması üçün aparılan işlər sürətləndirilməlidir.
"LİSENZİYA MÜDDƏTSİZ VERİLMƏLİDİR"
“Biz peşə təhsili müəssisələrinə lisenziyaların birdəfəlik, müddətsiz verilməsini məqsədəuyğun hesab etmişik”, Bunu bu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli "Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, artıq bir ildən çoxdur ki, "Peşə təhsili haqqında” qanun layihəsi hazırlanır: “Peşə təhsili sanki təhsil sektorundan çıxmışdı. Artıq yeni islahatlarla bu sahə yenidən inkişaf etməyə başlayır. Biz ölkəmizdə peşə təhsili üzrə real vəziyyətin monitorinqini keçirmişik. Monitorinqlər bizə reallığı düzgün qiymətləndirməyə imkan verir. Reallıq da odur ki, bu sahə sürətlə yenilənməli, fəaliyyəti yeni dövrün standartlarına uyğunlaşdırılmalıdır. Layihə hazırlanarkən xarici ölkələrin bu sahə üzrə təcrübələri də nəzərə alınıb”.
İ.Həbibbəyli bildirib ki, layihə 5 fəsil, 26 maddədən ibarətdir: “Biz ilk dəfə olaraq, peşə təhsil sisteminin təhsil sistemindəki yerini müəyyənləşdirmişik. Biz peşə təhsil ilə orta ixtisas təhsilinin inteqrasiyasını əsas götürürük. Peşə məktəbi sadəcə usta, kiçik mühəndis hazırlamır, həm də vətəndaş hazırlayır. Onun hazırladığı mütəxəssisin texniki, iqtisadi biliklərinin olması vacibdir. Amma bununla belə, onun milli dəyərlərimizə sahib çıxması, dövlətçilik ənənələrini gözləməsi də vacibdir”.
Deputat qeyd edib ki, peşə təhsili müəssisələrinə dövlət dəstəyinin göstərilməsini məqsədəuyğun sayıblar.
Onun sözlərinə görə, “Peşə təhsili haqqında” qanun layihəsinə əsasən, dövlətin peşə təhsili müəssisələri və onların müdavimlərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün xüsusi imtiyazlar vermək, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ vermək, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük vermək, dövlət təhsil müəssisələrində təhsilalanları xüsusi iş geyim formaları ilə təmin etmək kimi vəzifəsi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
46 d. əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
5 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
5 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dövlət müəssisələri gələn ildən mənfəətdən dividend ödəməyə başlayacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Eczacıbaşı Holding"in sədri Azərbaycana gəlib - Nazir ilə görüşüb, Azərbaycanda potensial fəaliyyəti müzakirə edilib
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
Fəzail Ağamalı vəfat edib
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ













.webp)









