15,1 milyard manatı "yeyib içdik"
2016-cı ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 1,5 faiz üstələyərək 30,2 milyard manata bərabər olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığıməlumata görə, istehlakçılara 15,1 milyard manatlıq və ya 2015-ci ilə nisbətən real ifadədə 2,1 faiz çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 0,8 faiz çox qeyri-ərzaq məhsulları satılmışdır.
Hesabat ilində məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2015-ci ilə nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 30 190,3 | 101,5 |
o cümlədən: | ||
ərzaq məhsulları, içkilər və tütün məmulatları | 15 077,4 | 102,1 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 5 244,8 | 100,9 |
elektrik malları və mebel | 1 912,9 | 101,5 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 234,8 | 101,4 |
əczaçılıq və tibbi mallar | 419,8 | 101,9 |
avtomobil yanacağı | 1 681,5 | 98,4 |
digər qeyri-ərzaq məhsulları | 5 619,1 | 101,4 |
Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebelin, 5,6 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2016-cı ildə istehlak məhsullarının 10,9 faizi hüquqi şəxs statuslu müəssisələr, 55,7 faizi fərdi sahibkarlar tərəfindən, 33,4 faizi isə bazar və yarmarkalarda satılmışdır.
Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 261,0 manat və ya 2015-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 36,1 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 130,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,7 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























