620 mənzilə 88 min müraciət!
Dünyanın ən yüksək ev qiymətlərinə sahib Honq Konqda iki mənzil 149 milyon dollara satılaraq rekord qırıldığı gün, dövlətin 620 sosial mənzili üçün 88 min ailə müraciət edib
"Marja" xəbər verir ki, mənzil qiymətlərinin yüksəkliyi və əhali sıxlığı ilə tanınan Honq Konqda əmlak sektorunda eyni gündə iki inanılmaz hadisə baş verib.
Adı açıqlanmayan bir alıcı ölkə tarixinin ən bahalı mənzil alışını həyata keçirib. "South China Morning Post"un xəbərinə görə, alıcı iki mənzil üçün 149 milyon dollar ödəyib.
425 kvadrat metr istismar sahəsinə malik ilk ev üçün 76.8 milyon dollar ödəyərkən, 394 kvadratmetrlik digər mənzilin qiyməti isə 71.7 milyon dollardır. Təxminən mənzilin kvadratmetri 182 min dollar təşkil edib və bu mənzil ölkənin ən bahalı evi olub.
60 KVADRAT METR ÜÇÜN 20 İLLİK MAAŞ
Beynəlxalq maliyyə təşkilatı UBS-ə görə Honq Konq hazırda əmlak qiymətlərinin dünyada ən yüksək olduğu yerdir. Adambaşına yaşayış sahəsi yalnız 14 kvadrat metrdir.
Orta səviyyədə maaş alan bir vətəndaşın şəhər mərkəzində 60 kvadratmetrlik ev ala bilməsi üçün 20 illik maaşını gözdən çıxarması lazımdır.
Bir tərəfdə ölkənin ən bahalı mənzilinin satışının keçirildiyi Honq Konqda, həmin gün 620 dövlət dəstəkli mənzil üçün 88 min ailə müraciət edib. Sözügedən evlər bazar qiymətidən 30 faiz aşağı satılır və tikintini da qazanc məqsədi güdməyən podratçılar aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
22 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 25 d. əvvəl
-
34 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
37 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
























