15 min xərclə, 2 il sonra böyük məbləğdə qazan
Kənd Təsərrüfatı Nazirliyinın “İcmallaşdırma və statistik təhlil” şöbəsi tərəfindən Azərbaycanda zəfəran istehsalı və onun dünya bazarlarına ixracı imkanları ilə bağlı araşdırma aparılmışdır.
“Marja” "İxrac İcmalı"na istinadən xəbər verir ki, İranın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2015-2016-cı illərdə 95,0 min hektar sahədə zəfəran əkilib. 2017-ci məhsul ili üçün istehsal həcminin 400 ton olması gözlənilir. Son bir neçə il ərzində Əfqanıstanda zəfəran istehsalının genişləndirilməsi məqsədi ilə beynəlxaq təşkilaltlar bu ölkəyə texniki yardım göstərir.
Azərbaycanda da zəfəran istehsalının artırılması potensialı var. Ölkəmizdə 1 hektar ərazidə zəfəran becərilməsi üçün 2-2,5 ton soğanaq tələb olunur. Bir kiloqram soğanağın qiyməti isə təxminən 5 manatdır. Deməli, 1 hektar zəfəran yetişdirmək üçün təkcə toxum xərci 10 - 12,5 min manat təşkil edir. Araşdırmada göstərilir ki, Azərbaycanda 1 il ərzində 1 hektar zəfəran sahəsindən 2-2.5 kq məhsul əldə etmək mümkündür. Bu isə o deməkdir ki, zəfəran becərən sahibkara ilk olaraq 15 min manata yaxın kapital lazımıdır. Lakin o ilk 2 il ərzində zəfəran yetişdirməklə bağlı xərclərini çıxara və növbəti 3 il ərzində böyük məbləğdə mənfəət əldə edə bilər.
Araşdırmada əsas zəfəran idxal edən ölkələrlə bağlı da məlumat verilmişdir. Göstərilmişdir ki, 2016-cı ildə İspaniya 53,0 milyon dollar dəyərində zəfəran idxal edib, bu isə dünya idxalının dəyər ifadəsində 25%- ni təşkil edir. İspaniya İrandan aldığı xammal məhsulu qablaşdıraraq, öz brendi adı altında dünya bazarına ixrac edir. Ən iri ixracatçı İran 2016-cı ildə 246.7 milyon ABŞ dolları dəyərində 172 ton məhsul ixrac edilib. İxrac olunan 1 kq məhsulun orta dəyəri 1500 ABŞ dollarıdır. Əsas ixrac istiqamətləri Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Səudiyyə Ərəbistanı, Fransa, İtaliyadır. 2016-cı ildə digər əsas ixracatçılara İspaniya (77 ton), Hindistan (33 ton), Əfqanıstan (10 ton) aiddir.
Araşdırmadan göstərilir ki, zəfəran bazarına azad rəqabət höküm sürdüyündən, mənşəyindən və keyfiyyətindən asılı olaraq, 1 kq zəfəranın topdansatış qiyməti 2-5 min ABŞ dolları arasıdır.
Son illər isə zəfəran üzrə alqı-satqı əməliyatları onlayn formalarda aparılmağa başlamışdır. Araşdırmada göstərilir ki, hazırda dünyada əsas zəfəran istehsal edən ölkələr aşağıdakılardı: Məsələn, www.tradekey.com və ya www.alibaba.com portallarında müxtəlif ölkələrdə idxalatçı fərdi şəxslər və şirkətlər tərəfindən zəfəran sifarişi ilə bağlı elanlar yerləşdirilmişdir. Qeyd edək ki, Azexport.az portalı da www.tradekey.com və ya www.alibaba.com portallarına inteqrasiya olunmuşdur. Azərbaycanın zəfəran istehsalçıları Azexport.az portalına məhsullarını yerləşdirməklə dünya bazarına çıxa bilərlər
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























