Yeni feyxoa bağı salınıb
Noyabrın 23-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə Lənkəranda aztəminatlı ailələr üçün feyxoa bağı salınıb.
Bu münasibətlə Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində keçirilən mərasimdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin həyata keçirdiyi xoşməramlı layihələr barədə məlumat verib. Qeyd olunub ki, ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi bu gün Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu baxımdan IDEA İctimai Birliyinin təşəbbüsü ilə Lənkəranda iki hektar ərazidə salınan feyxoa bağı qlobal iqlim dəyişmələrinə, ekoloji tarazlığın qorunmasına az da olsa öz töhfəsini verəcək.
Bildirilib ki, bu layihə həm də iqtisadi əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin tapşırığına əsasən, sitrusçuluğun inkişaf etdirilməsi məqsədilə ölkəmizin cənub bölgəsinin rayonlarında, o cümlədən Lənkəranda irimiqyaslı tədbirlər həyata keçirilir.
Diqqətə çatdırılıb ki, IDEA İctimai Birliyinin yeni təşəbbüsü ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirən əlillərə, şəhid ailələrinə göstərilən diqqət və qayğının əyani təzahürüdür. Layihə, eyni zamanda, gənclər arasında ekoloji təbliğatın daha da genişlənməsinə xidmət edir.
Feyxoa bağının salınması üçün Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində iki hektar sahə ayrılıb. Aksiya zamanı könüllü gənclərin iştirakı ilə ərazidə 1250 feyxoa tingi əkilib.
Yeni salınan feyxoa bağı iki şəhid ailəsi və bir Qarabağ müharibəsi veteranı arasında bölünərək, təmənnasız olaraq onların istifadəsinə verilib.
Ailələr feyxoa bağına qulluq göstərərək məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.
Qeyd edək ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
4 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
4 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
4 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
8 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq






















