Bu şirkətlər Kürdəmirdə 3 aqropark yaradırlar
Kürdəmir rayonunda daha 3 aqroparkın yaradılması istiqamətində işlər görülür. "Marja" xəbər verir ki, bunu Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirib.
Şilyan massivində 6150 hektar sahədə “SM Aqro” MMC tərəfindən aqropark yaradılır. Aqroparkda bu ilin payızında 1500 hektarda buğda, 500 hektarda arpa səpini aparılıb.
“Vüqar Fermer Təsərrüfatı” MMC tərəfindən isə Muradxan massivində 2500 hektar və “Azər Aqro” MMC Ərəbqubalı massivində 2800 hektar sahədə aqroparklar yaradılır.
Qeyd edək ki, Kürdəmirdə ilk aqropark rayonun Pirili massivində yaradılıb. “QLOBAL-Aqro” MMC-yə məxsus olan və 2 min hektar sahədə yaradılan aqroparkda dənli bitkilərin saxlanılması üçün 27 min tonluq anbar, smart dəyirman, habelə yağ və yem emalı zavodlarının, toxum emalı sexinin tikintisi nəzərdə tutulub.
Dənli bitkilərin saxlanılması üçün 9 min tonluq anbar artıq istifadəyə verilib. Ərazidə kommunikasiya və digər quraşdırma işləri davam etdirilir. İndiyədək aqroparkın texniki təchizatını təmin etmək üçün 26 yeni texnika alınıb, 28-i sifariş olunub.
Bu il aqroparkda ümumilikdə 650 hektar sahədə əkin aparılıb. 400 hektar sahədə qarğıdalı, 200 hektar sahədə soya, 50 hektar sahədə qarabaşaq əkilib. Aqrotexniki qulluq nəticəsində yüksək məhsuldarlıq əldə edilib və hazırda məhsul yığımı davam edir.
Aqroparkda yeri dəyişdirilə bilən suvarma sistemindən istifadə olunur. Su təminatını daha da yaxşılaşdırmaq üçün Muradxan kanalının suötürmə qabiliyyəti artırılır.
Hazırda aqroparkda 60 nəfər işləyir. Layihədə nəzərdə tutulan işlər başa çatdıqdan sonra burada 250 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)







.jpg)






