Sosial şəhərciyin sakinləri bakılılardan lüks yaşayacaqlar
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi birgə layihəsini təqdim edib.
İki qurum arasında səmərəli əməkdaşlıq nəticəsində Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi ərazisində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətinin təşkili üzrə işlərin həyata keçirilməsinə başlanılıb. Bu barədə "Marja"ya MİDA-dan bildirilib.
Məlumatda qeyd edilib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin əsas məqsədi çoxmənzilli yaşayış binalarının tikintisini təşkil edərək ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həmçinin, sakinlərin rahat yaşayışını təmin etmək üçün zəruri şəraitin yaradılmasıdır. Eyni zamanda, sərnişindaşıma sahəsində tənzimlənməni və dövlət nəzarətini həyata keçirən Bakı Nəqliyyat Agentliyinin də fəaliyyəti paytaxtda nəqliyyat sisteminin və infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması ilə yanaşı, şəhərin sakinləri və qonaqlarının təhlükəsiz və rahat hərəkətinin təşkilini əhatə edir.
Bakı Nəqliyyat Agentliyinin və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə hazırladığı layihənin əsas hədəfi sahəsi 11,6 hektar olan və 1843 mənzildən ibarət olacaq Yasamal Yaşayış Kompleksi ərazisində Avropa standartlarına və ən əsası müasir şəhərsalma prinsiplərinə uyğun olaraq piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Layihə hazırlanarkən bütün piyadaların, o cümlədən yaşlılar, əlillər və uşaqların, eləcə də hər növ nəqliyyat vasitələrinin (velosiped, motosikl, taksi, avtobus və yük maşınları) tələb və xüsusiyyətləri nəzərə alınıb.
Layihəyə əsasən, şəhərcik daxilində salınacaq küçələr funksional zonalara bölünəcək ki, onların da bir çoxu Bakı şəhəri üçün yenilik hesab edilir. Belə ki, yaşayış kompleksi daxilində salınacaq yollarda velosiped üçün ayrıca yol, piyada hərəkət sahəsi ilə bina arasında xüsusi ara məsafə, texniki zolaq, yaşıllıq zolağı və qarışıq təyinatlı zolaqlar nəzərdə tutulub. Bununla yanaşı, nəqliyyat vasitələrinin hərəkət hissəsi üzrə bütün binaların qarşısında müvafiq parklanma zonaları təmin olunacaq. Nəticədə binaların həyətlərinə yalnız texniki xidmət göstərən və operativ-əməliyyat avtomobillərin girişinə icazə veriləcək.
Bütün yol kəsişmələrində əlilliyi olan şəxslər üçün panduslar və həmçinin, velosiped yolları nəzərdə tutulub. Velosiped yolları ilə yanaşı, velosiped danayacaqlarının da quraşdırılması planlaşdırılıb. Yasamal Yaşayış Kompleksinə 4 istiqamətdə marşrut xətlərinin çəkilməsi də nəzərdə tutulub. Metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları, 4-cü mikrorayon ərazisi, Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi, həmçinin, “Sədərək” ticarət mərkəzi istiqamətində hərəkət edəcək marşrut xətləri sakinlərin mənzil başına vaxtında çatmalarına şərait yaradacaq.
Yasamal Yaşayış Kompleksinin nəqliyyat məsələlərinin həllinə dair təkliflərin gələcəkdə bütün paytaxt ərazisində, eləcə də ölkənin digər iri yaşayış yerlərində reallaşdırılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























