Başa çatdı: 50 min ton yığılıb, 70 faizi xaricə göndərilib
Göyçay rayonunda nar bağlarında məhsul yığımı başa çatıb.
Kəndlilər yetişdirdikləri narı topladıqdan sonra onun bir hissəsini bazara çıxarıb, qalan hissəsini isə meyvə şirəsi istehsalı müəssisələrinə satıblar. Bu il bağlara göstərilən aqrotexniki qulluğun yüksək səviyyədə olması və havanın əlverişli keçməsi bol məhsulun əldə edilməsinə imkan verib.
Kəndlilər hər nar ağacından 30-50 kiloqram meyvə toplayıblar. Ən önəmlisi isə qabaqlayıcı tədbirlər görüldüyü üçün ağaclarda zədəli nar azlıq təşkil edib. Məhsul toplanışı bu günlərdə başa çatıb.
Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumata görə, bu il Göyçayda fermerlər və fərdi təsərrüfat sahibləri 3980 hektar nar bağından 50 min 200 ton məhsul tədarük ediblər.
İş adamları narın 70 faizini Rusiya, Ukrayna və Gürcüstana ixrac ediblər. Rayon iqtisadiyyatının əsasını narçılıq təşkil edir. Kəndlilər toplanan nar məhsulunu öz həyətlərində münasib qiymətə Rusiya və digər MDB ölkələrinin bazarlarına, eləcə də Bakı şəhərinə aparan iş adamlarına satıblar.
İdarədən onu da bildiriblər ki, Göyçayda narçılığa maraq ildən-ilə artır, yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması üçün tədbirlər görülür. Son iki ildə rayonda 200 hektar sahədə yeni nar bağı salınıb. Dekabrda rayonda yeni nar bağlarının salınması üçün sahələrdə hazırlıq işlərinə başlanılıb. Rayonun 40-a yaxın kəndində yerli əhalinin əsas gəlir mənbəyi olan nar bağlarında əsasən ixrac qabiliyyətinə malik “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” nar sortlarını yetişdirməyə üstünlük verirlər.
Qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı mövcud idisə, hazırda rayonda 4350 hektar sahədə nar bağı var ki, bunun 3980 hektarı bar verəndir.
© Azərtac
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 1 saat sonra
-
-
19 saat əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
19 saat əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı olub
- 21 saat əvvəl
-
1 gün əvvəl
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ən çox oxunanlar
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir







.jpg)






.jpg)






