5 milyon zərərdən sonra, 9,7 milyon manat mənfəət
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 100 milyon 922 min manat təşkil edib.
Şirkətin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,65% azdır.
Hesabat dövründə “Bakı Telefon Rabitəsi”nin cəmi kapitalı 14,8% artaraq 75,56 mln. manata çatıb, cəmi öhdəlikləri isə 36,6% azalaraq 25,362 mln. manata düşüb.
2016-cı ildə şirkətin göstərdiyi xidmətlərdən gəliri 68,816 mln. manat (2015-ci ilə nisbətən 2,55% çox), xidmətlərinin maya dəyəri 39,766 mln. manat (10,1% az), ümumi, inzibati və digər əməliyyat xərcləri 17,922 mln. manat (30,7%), digər əməliyyat gəlirləri 3,796 mln. manat (22,1% çox), maliyyə xərcləri 808 min manat (69,6% az) təşkil edib. Son nəticədə ötən il rabitə müəssisəsinin vergiyəqədərki mənfəəti 14,116 mln. manat olub (əvvəlki il vergiyəqədər 2,543 mln. manat zərər olub).
2016-cı ildə “Bakı Telefon Rabitəsi” 2015-ci illə müqayisədə 76,7% çox – 4 milyon 385 min manat mənfəət vergisi ödəyib və ili 9 milyon 731 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2015-ci ildən 5 milyon 25 min manat xalis zərərlə çıxmışdı.
Xatırladaq ki, “Bakı Telefon Rabitəsi” MMC 1997-ci ildən fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) bazasında bu il yaradılıb. Ötən il şirkətin nizamnamə kapitalı dəyişməyək 32,6 mln. manat qalsa da, hazırda bu rəqəm 41 552 816 manatdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)






