Dünya nəhəngi Bitcoin ilə xidmət göstərmək qərarı verdi
Dünyanın ən böyük rəqəmsal pul vahidi Bitcoin 10 min dollar ətrafında qalmaqda davam edərkən, bu gün çox mühüm bir qərar açıqlanıb.
"Marja" xəbər verir ki, dünyanın ən böyük dörd məsləhət və audit şirkətindən biri olan İngiltərənin PwC şirkəti, verəcəyi məsləhət xidmətləri qarşılığında Bitcoin ilə ödəmələri qəbul edəcəyini bildirib.
PwC-nin Asiya-Sakit Okean sədri Raymund Chao tərəfindən edilən açıqlamada, "Verdiyimiz bu qərar PwC olaraq yeni texnologiyaları necə qəbul etdiyimizi və innovativ biznes modellərini necə həyata keçirdiyimizi göstərir" deyib.
Ötən günlərdə 11 min dolları aşaraq tarixi bir rekord qıran Bitcoin-ə hər keçən gün dünyanın aparıcı şirkətləri daha çox maraq göstərir.
PwC, aralarında Deloitte, EY və KPMG-nin də yer aldığı "dörd böyük" kimi tanınan məsləhət şirkətlərindən biri olub, "dördlük" içərisində ən böyük ikinci şirkətdir.
Şirkətlərin maliyyə fəaliyyətlərinin auditini aparan, vergi və maliyyə, hüquqi xidmətlər təqdim edən PwC-nin Bitcoin qarşılığında xidmətlər göstərməsi, bu virtual pul vahidinə olan etimadın artımasının bir göstəricisi olaraq qiymətləndirilir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
7 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
























