Vergilər Nazirliyindən xaricə axan pullarla bağlı - Açıqlama
Vergilər Nazirliyi bu gün “Qafqazinfo” da yayımlanan “Azərbaycan pulu yenə xaricə axmağa başladı” yazısına münasibət bildirib. Yazıda qeyd olunurdu ki, elektron ticarətə 18 faiz ƏDV-nin tətbiq olunmasına görə xaricdən xidmət alan vətəndaşlar Gürcüstanda bank hesabı açdırır və xidmətləri oradan sifariş verir.
Bununla bağlı nazirliyin mətbuat xidməti bildirir ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə vergi ödəyicisi olmayan vətəndaşlar tərəfindən elektron ticarət sahəsində aparılan əməliyyatların vergiyə cəlb edilməsi əks olunub. Belə ki, vətəndaşlar tərəfindən elektron ticarət qaydasında iş və xidmətlər alındığı halda banklar xarici bankın Azərbaycandakı filialları tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablayıb, büdcəyə ödəyir. Elektron ticarət qaydasında malların alışına görə banklar tərəfindən 18 faiz dərəcə ilə ƏDV hesablanmır. Vergi Məcəlləsində edilmiş bu dəyişiklik, yəni 18 faiz dərəcə ilə ƏDV-nin banklar tərəfindən alıcının vəsaiti hesabına tutulması yalnız vətəndaşların apardığı əməliyyatlara tətbiq edilir. Sahibkarlar tərəfindən elektron ticarət qaydasında iş və xidmət alınarkən Vergi Məcəlləsinə uyğun olaraq sahibkarın özü tərəfindən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmaqla yanaşı, həmin məbləğin tam həcmindən 18 faiz dərəcə ilə ƏDV hesablayıb büdcəyə ödəyirlər. Göründüyü kimi, sahibkarlar tərəfindən xaricdən iş və xidmət alınarkən banklar tərəfindən xaricə köçürülən ödənişlərdən 18 faiz dərəcə ilə vergi tutulmur və yaranan vergi öhdəlikləri sahibkarlar tərəfindən ödənilir.
"REAL MƏNZƏRƏNİ ƏKS ETDİRMİR"
Əlavə olaraq bildiririk ki, elektron ticarət qaydasında alınan xidmətlərə internet üzərindən elektron kitabların, musiqilərin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi və sair bu kimi xidmət aid edildiyindən, vətəndaşların belə xidmətlərin alışına görə xarici ölkələrdə hesab açdırması real mənzərəni əks etdirmir.
© Qafqazinfo
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
31 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























